Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

“Cırtdanlar kəndi” və ya sirlərlə dolu Mahunik FOTOLAR

“Cırtdanlar kəndi” və ya sirlərlə dolu Mahunik FOTOLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mahunik kəndi İranın əsrarəngiz və tarixi dəyərlərindən biri kimi müasir dünyanın sürətindən uzaq ənənəvi həyatın izlərini daşıyır. Bu kiçik kənd özünəməxsus xüsusiyyətləri ilə yaşamaqdadır və gələcəyə köklü miras qoyur.

İranın şərqində, Cənubi Xorasan vilayətində, Əfqanıstanla sərhədə yaxın ərazidə yerləşən Mahunik kəndi İslam Respublikasının ən qeyri-adi və sirli yaşayış məntəqələrindən biri kimi tanınır. Xalq arasında “Cırtdan kəndi” kimi tanınan Mahunik bu adı ona görə alıb ki, onun sakinlərinin orta boyu digər insanlara nisbətən xeyli qısadır. Lakin kənd təkcə insanlarının fiziki göstəriciləri ilə deyil, həm də ənənəvi həyat tərzi, özünəməxsus memarlığı və mədəni xüsusiyyətləri ilə diqqəti cəlb edir.
Modern.az-ın İran mətbuatının məlumatları əsasında hazırladığı bu yazıda Mahunikin tarixi, mədəni quruluşu və "Cırtdanlar kəndi" kimi tanınma səbəblərindən bəhs olunur.
Tarix və mənşə


Mahunik Cənubi Xorasan əyalətində Bircənd şəhərinin minilliklərə söykənən tarixə malik kəndidir. Bölgənin coğrafi çətinliklərinə baxmayaraq, əhalisi burada uzun müddət sağ qalmağı bacarıb. Mahunik kəndinin əhalisi əslən Əfqanıstandandır və bir neçə əsr əvvəl Əfqanıstandan buralara köçüb. Bu gün Mahunik kimi tanınan ucqar ərazidə məskunlaşanlar ulu babalarından qalma adət-ənələri davam etdirilər. Kənd tanınandan və turizmi inkişaf edəndən sonra xalqın mədəniyyəti zamanla bir qədər dəyişib, amma Mahunik sakinlərinin bir çoxu hələ də köhnə adət-ənənələrinə sadiq qalaraq əski həyat tərzini qoruyub saxlayırlar.
Mahunikin memarlığı

Mahunik kəndi coğrafi və mədəni xüsusiyyətlərə görə formalaşmış unikal quruluşa malikdir. Kərpic və daşdan tikilmiş evlər kəndin isti və quraq iqliminə uyğunlaşır. Mahunikdəki evlərin ən diqqətçəkən xüsusiyyətlərindən biri ölçülərinin kifayət qədər kiçik və tavanlarının alçaq olmasıdır. Hətta bu evlərin giriş qapıları standart ölçülərlə müqayisədə kifayət qədər kiçikdir. Evlərin bu şəkildə qurulmasının iki əsas səbəbi var: insanların orta boyunun qısa olması və bölgədə mövcud olan tikinti materialların məhdudluğu. Bu məhdud maddi resurslar daha az tikinti materialından istifadə etməklə funksional strukturların yaradılması zərurətini yaradıb.

Bu evlərin alçaq giriş qapısı və çox kiçik pəncərəsi xaricində çölə doğru başqa açıqlığı yoxdur.
Evlərin kiçik, tavanının alçaq olması da kəndin iqlim şəraitindən qorunma mexanizmidir. Kiçik evlər qışda daha isti, yayda isə sərin qalmağa kömək edir. Bu struktur enerjiyə qənaət etməklə yanaşı, kənd əhalisinin həyatını asanlaşdırır. Mahunikin dar küçələri və evlər arasında sıx nizam-intizam cəmiyyətin həmrəylik içində yaşamasını asanlaşdırır. İnsanlar bir-birinə çox yaxındırlar və cəmiyyət daxilində sosial qarşılıqlı əlaqə olduqca sıxdır.
Mahunikin "Cırtdan kəndi" adlandırılmasının səbəbləri


"Cırtdan kəndi" kimi tanınan Mahunik ənənəvi əl işləri, orijinal memarlıq və yerli geyimləri ilə ziyarətçilərinə sehrli təcrübə təqdim edir.
Mahunik'in niyə "Cırtdanlar kəndi" kimi tanınmasının arxasında bir neçə nəzəriyyə var. Birinci nəzəriyyə odur ki, kənddə tez-tez baş verən qohum evlilikləri nəticəsində genetik xüsusiyyətlər özünü büruzə verir. Təcrid həyatı yaşayan Mahunik xalqının genetik bazasının məhdud olması, qısa boy kimi xüsusiyyətlərin ön plana çıxmasına səbəb ola bilər.
Digər səbəb isə düzgün qidalanmamaq və ağır həyat şəraitidir. Uzun illər məhdud qida ehtiyatları əhalinin fiziki inkişafına təsir göstərmiş, orta boy qısalmışdır. İllər boyu bu kənd ucqar və əlçatmaz yer sayılırdı. Bu, bütün nikahların kənd daxilində və adətən qohumlar arasında baş tutmasına səbəb olub. Qohum evlilikləri qısaboyluq genini daha da gücləndirib və kəndin “Cırtdanlar diyarı” kimi tanınmasına səbəb olub. Bu xüsusiyyəti ilə Mahunik kəndi dünyanın hər yerində maraq məkanına çevrilib.
Hazırda kənddə 800-dək sakin yaşayır. 

Kəndin digər xüsusiyyətləri


Mahunik son illərdə sosial medianın təsiri ilə daha çox diqqət çəkib. Artan turizm kənd camaatı üçün iqtisadi imkanlar təqdim etməklə yanaşı, özü ilə ənənəvi həyat tərzini təhdid etmək riskini də gətirib. Mahunik yaşlıları kəndin mədəni quruluşunun qorunub saxlanmasına diqqət yetirir, yerli hökumət isə turizmin bu teksturaya xələl gətirməməsi üçün tədbirlər görür.
Mahunik ucqar ərazidə yerləşdiyindən kəndin ənənəvi yeməkləri də kifayət qədər özünəməxsusdur və yalnız buralara xasdır. Mahunikdə bişirilən yeməklərdə ümumiyyətlə pomidor, soğan, zəfəran, arpa, sarımsaq, buğda və kəndin öz kənd təsərrüfatı məhsulları kimi təbii məhsullar istifadə edilir. Bu kənddə tərkibində düyü və ya ət olan xörəklər çox az yeyilir; Yeməklər ümumiyyətlə sadə və bitki mənşəlidir. Şirniyyat üçün ümumiyyətlə kənddə yetişdirilən təbii meyvələrə, o cümlədən innab, tut, əncir, nar, alma və üzüm kimi bir çox meyvələrə üstünlük verilir. Kənddə fəsildən asılı olaraq müxtəlif meyvələr tapa bilərsiniz; Qış aylarında ümumiyyətlə quru meyvələrə üstünlük verilir.

Kəndin ən məşhur ənənəvi xörəklərindən biri olan pohtek şalgam və çuğundurla hazırlanan sadə yeməkdir və sakinlərin əsas yeməklərindən sayılır. Bu yerli yeməklərin təbiiliyi və sadəliyi kəndin həyat tərzini və mədəniyyətini əks etdirən mühüm elementdir.

Mahunik kəndinin qadınları ümumiyyətlə xalçaçılıq, kilimçilik, cicimçilik, dulusçuluq kimi işlərlə məşğul olurlar. Bu kəndə gələn qonaqlar yerli əhaliyə dəstək olmaq üçün onların qiymətli əl işlərindən ibarət suvenirlər ala bilərlər.
Mahunikin təzə və ya qurudulmuş meyvələri də qonaqların ala biləcəyi hədiyyələr arasında yer tutur.
Mahuniklilərin özünəməxsus yerli geyimləri var. Ənənəvi İran geyimləri ilə maraqlanan ziyarətçilər Mahunikdə hazırlanan paltarları yerli dərzilərdən asanlıqla əldə edə bilərlər. Bu kənddə rəsmi bazar və ya ticarət mərkəzi tapa bilməzsiniz, ancaq kiçik bir araşdırma ilə müəyyən məhsullar satan yerli sakinlərdən suvenirlər ala bilərsiniz.
Mahunikə nə vaxt getmək əlverişlidir?

Bu kəndi ziyarət etmək üçün ən yaxşı vaxt yaz və yaydır. Yaz-yay aylarında kəndi ziyarət etmək daha asandır. Məhz bu fəsillərdə təbiətin gözəlliyindən, unikal memarlığından həzz ala bilərsiniz. Üstəlik, pis hava şəraiti səbəbindən narahat olanlar yaz və yayda çətinlik olmadan kəndə çata bilərlər. Yaz-yay aylarında Mahunikin iqlimi tarazlaşır, ağaclar yaşıllaşır, yollar “Cırtdanlar diyarı”na getmək üçün daha əlverişli olur. Mahunik bu xüsusiyyətləri ilə təbiətsevərlər və mədəniyyət səyahətçiləri üçün maraqlı bir yerdir.
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri