Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

“Cırtdanlar”ın qəzəbi

“Cırtdanlar”ın qəzəbi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaxud lüksemburqlu “parlamentarilər”in anti-Azərbaycan qətnamələrinə sözardı

Yəqin, belə bir durumla rastlaşanlarınız olub. Bir güclü adamın üstünə beş-altısı düşüb onu döymək istəyir. Bir qorxaq isə arada həmin güclüyə zərbə vurub qaçır. İndi Lüksemburq da həmin qorxaq adamı xatırladır. Əlbəttə, ölkənin Deputatlar Palatası deyilən qurumun mövqeyini birbaşa dövlətin mövqeyi kimi qəbul etməmək də olar. Hərçənd, Avropanın qurama deputat industriyasının tapşırıqları haradan aldığını bildiyimizdən məsələni məhz bu formada qoyur və zənnimizdə yanılmırıq. Onu da nəzərə alırıq ki, sözügedən palata indiyədək də anti-Azərbaycan mövqe nümayiş etdirib.

Bəli, Lüksemburq Deputatlar Palatası Qərbin ermənipərəstlik marafonunda növbəti “mən də varam” mesajını verib. Qurum “Azərbaycan hakimiyyətinin deputatların və vətəndaş cəmiyyəti nümayəndələrinin söz azadlığına qarşı tətbiq etdiyi sanksiyalarını pisləyən” qətnamə qəbul edib. “Vətəndaş cəmiyyəti nümayəndələri” ənənəvi qərəzli klişedir. Deputatların söz azadlığına sanksiya nə deməkdir? Böyük ehtimalla, lüksemburqlu parlamentarilər “təcrübələrindən” çıxış edirlər. Görünür, onlara yuxarıdan nəyi necə danışmaq, hansı qərarlar çıxarmaq barədə direktivlər verildiyindən hər şeyi öz arşınları ilə ölçürlər.

Sən demə, Lüksemburq Deputatlar Palatasının Azərbaycanla bağlı qərəzli rəyə gələrkən nəzərə aldığı məqamlar var imiş. Bunlardan birincisi Avropa Şurası Parlament Assambleyasının 24 yanvar 2024-cü il tarixində qəbul etdiyi 2527 saylı qətnamə imiş. O qətnamə ki, Azərbaycan nümayəndə heyətinin qurumda təmsilçiliyinə qarşı idi. Sözügedən sənədin hansı şərtlər daxilində, nə səbəbdən qəbul edildiyi aydındır. O da aydındır ki, Qərbin ermənipərəst qüvvələri belə bir qətnamə ilə növbəti anti-Azərbaycan fəaliyyəti gerçəkləşdirmiş, nəticə etibarilə Ermənistanın havadarlarının sifarişini yerinə yetirmişdilər. İndi Lüksemburq Deputatlar Palatası isə sifarişi, bir növ, ehkamlaşdırmaq yolu tutur.

Lüksemburq Deputatlar Palatasının qətnamə çıxararkən nəzərə aldığı ikinci məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin 26 avqust 2024-cü il tarixli qərarı ilə AŞPA-nın 76 deputatının, o cümlədən lüksemburqlu deputatlar Oktav Moder və İv Kruxten arzuolunmaz şəxslər – “persona non qrata” elan edilmələridir. Qeyd edək ki, bu şəxslərin hər biri barələrində çıxarılmış qərara layiq idilər. Çünki birtərəfli mövqe tirajlayır, ermənipərəst sifarişlər yerinə yetirirdilər. Onlar nəinki tutduqları posta, eyni zamanda, adi etik standartlara zidd hərəkət və davranışlarla gündəmə gəlirdilər.

Lüksemburqlu “palataçılar” Azərbaycana qarşı qətnamə məntiqinə köklənərkən, eyni zamanda, 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərinin də üzərində dayanıblar. Daha doğrusu, seçki ilə bağlı ATƏT-in qərəzli yekun rəyinə istinad ediblər. Sən demə, proses siyasi alternativlər olmadan, məhdud və kritik səs təzyiqi şəraitində keçirilibmiş, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına, siyasi müxalifətə və müstəqil mediaya təzyiqləri artıraraq qorxu mühiti yaradırmış. Çox güman, yenə ənənəvi anti-Azərbaycan tezislərin gündəmə gətirildiyini hiss etdiniz. Üstəlik, bu tezislərin “Amnesty İnternational” və “Human Rights Watch” kimi qərəz yuvası olan təşkilatların ölkəmizdə siyasi məhbusların olduğuna dair lakmus kağızı mahiyyətli hesabatları ilə möhkəmləndirildiyi də diqqətdən yayınmır.

İndi isə keçək “palataçıların” qarınlarının ağrısına. Bəli, əminliklə söyləyə bilərik ki, onların bu qətnamələri də Ermənistanı müdafiə məramına söykənir. Ayının min oyunu bir armudun başındadır. Yəni, ənənəvi “tezislərin” gündəmə gətirilməsində məqsəd ermənipərəstlikdir. Axı lüksemburqlu deputatlar həm də Qarabağla bağlı qəbul edilmiş qətnamələri rəhbər tuturlar. Bu “cırtdanlar” ürəklənib Azərbaycan hakimiyyəti qarşısında tələb də qoyurlar. Həbsxanalarımızda olan məhbuslar dərhal azad edilməli imiş (?). Ad çəkməsələr də, Qarabağdakı artıq canını tapşırmış separatçı rejimin özünü “prezident”, “baş nazir”, “xarici işlər naziri”, “dövlət naziri” adlandıran təmsilçilərini nəzərdə tutduqları gün kimi aydındır.

İkinci tələb “Azərbaycan hakimiyyətinin demokratik yolla seçilmiş nümayəndələrin sərbəst hərəkətinə mane olan bütün məhdudiyyətləri aradan qaldırması” imiş. Söhbət ölkəmizdə “persona non qrata” elan edilmiş şəxslərdən gedir. Görünür, cizgi filmi personajları “Qulliverin səyahəti”ni yaxşı oxuduqlarından belə iddia səsləndirib sərsəmləməkdən çəkinmirlər. Hələ tələblərini, guya, parlament dialoquna və diplomatiyaya sadiqlik əlaməti olaraq Azərbaycan Milli Məclisinin sədrinə təqdim etməyi də düşünürlər.

Lüksemburq Deputatlar Palatasının qətnamə adı altında çıxardığı anti-Azərbaycan oyunbazlığının digər tərəflərinə diqqət yetirməyə lüzum görmürük. Başlıca məqam budur ki, Qərb institutları ölkəmizə qarşı ən müxtəlif metodların köməyi ilə kampaniya aparırlar. Bu kampaniyanın qərəz motivləri ortaya son dərəcə eybəcər durum çıxarır. Bu eybəcərlik isə Avropanın öyündüyü dəyərlərin deqredasiyası perspektivini doğurmaqdadır. Çünki dəyərlər cəfəng məsələlər, avantürist baxışlar üçün alətə çevrilir.

Sonda əvvəldəki bənzətməmizə qayıdaq. Bir daha deyək ki, Avropanın “cırtdan” dövlətlərindən olan Lüksemburqun Deputatlar Palatasının qətnaməsi güclü adamla mübarizə aparanlara öz aləmində dəstək olmağa çalışan namərd və qorxaq birinin əməlinə bənzəyir. Yelin isə qayadan apardığı yalnız tozdur.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see344

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see251

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see231

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see228

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see212

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see211

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see208

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see198

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see180

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see179

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see177

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see173

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see173

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see173

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see172

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see169

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see165

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see161

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri