Icma.az
close
up
RU
ÇL də həftənin ən yaxşı qolunu vuran futbolçu: Atletik dən üç xal götürə bilərik MÜSAHİBƏ

ÇL də həftənin ən yaxşı qolunu vuran futbolçu: Atletik dən üç xal götürə bilərik MÜSAHİBƏ

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ” “Azersun Arena”da “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Köhlən atlar”ın qanalı futbolçusu Emmanuel Addai Teleqraf-a müsahibə verib.

Sportal.az qanalı vingerin müsahibəsini diqqətinizə çatdırır:

24 yaşlı hücumçu həm Premyer Liqa, həm də Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.

– Premyer Liqanın ən güclüsü ilə 7 oyunda 1 xal belə yığa bilməyən komandası qarşılaşdı. Qazanılan 3 xalı necə dəyərləndirirsiniz?

– Çox möhtəşəm oyun keçdi. Turnir cədvəlinin yuxarı pillələrinə qayıtmaq üçün bu qələbəyə ehtiyacımız var idi. Görüş gərgin keçdi, komandamız bu matça ciddi hazırlaşmışdı. Amma bəzən hər şey istədiyin kimi getmir. Buna baxmayaraq, bu xallara çox ehtiyacımız var idi. Nəticədən razıyıq.

– “Kəpəz” son pillədə olsa da, hesab 1:0 oldu. Halbuki Danimarka “Kopenhagen”i ilə görüşdə 2:0 hesabı ilə qalib gəlmişdiniz. Bu fərqi necə izah edərdiniz?

– Çempionlar Liqası ilə Azərbaycan Premyer Liqası eyni səviyyədə deyil. “Kəpəz” sonuncu pillədə ola bilər, amma belə komandalar bizə qarşı daha motivasiyalı çıxış edirlər. Onlar uduzmaq istəmirlər, çünki sonuncu pillədən çıxmaq niyyətindədirlər. Bu da onları daha çox mübarizə aparmağa vadar edir. Biz də buna hazır idik, amma “Kəpəz” çox istəkli oynadı. Əslində, bu oyun “Kopenhagen”lə görüşdən belə çətin idi, amma çoxları buna inanmaz. Danimarka liqası daha güclüdür, amma “Kopenhagen” bizə qarşı bir qədər rahat oynayırdı. Çünki onlar bizi çox böyük klub kimi görmürdülər. “Kəpəz”ə hörmətlə yanaşdıq və tam gücümüzlə oynadıq.

– “Kopenhagen”lə oyunda vurduğunuz qol Çempionlar Liqasında həftənin ən gözəl qolu seçildi. Bu, növbəti oyunlara necə təsir edəcək?

– Bu, mənim karyeramda çox önəmli hadisədir. Hisslərimi sözlə ifadə etmək çətindir. Hər zaman qol vurmaq istəyirəm. Fərqi yoxdur, əsas heyətdə meydana çıxıram, ya sonradan oyuna qoşuluram. Çox şadam ki, “Kopenhagen”lə görüşdə istəyimə çatdım. Ümumiyyətlə, o oyunda qol vuracağıma inanırdım. Qolun gözəl alınması və həftənin ən yaxşısı seçilməsi sevincimi daha da artırdı. Bu, xüsusi bir hissdir. Məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm.

– Siz çox istəkli futbolçu kimi görünürsünüz. "Qarabağ"a, buradakı rəqabətə uyğunlaşmısınızmı, şəxsi hədəfiniz nədir?

– Məqsədim klubla birlikdə daha çox uğur qazanmaq, hər oyunda əlimdən gələnin ən yaxşısını verməkdir. Burada tarix yazmaq, adımı yaxşı mənada yaddaşlarda saxlamaq istəyirəm. Bilmirəm, karyeramı burada bitirəcəyəm, ya yox, amma istəyim “Qarabağ” üçün ən yaxşısını etmək və klubun tarixində yaxşı iz qoymaqdır.

– “Qarabağ” Çempionlar Liqasında iki oyundan sonra 6 xal toplayıb. Komandanın ilk 24-lüyə düşmək şansını necə qiymətləndirirsiniz?

– Düzdür, ardıcıl iki qələbədən sonra pley-off barədə düşünmək olar. Azarkeşləri başa düşürəm. Amma tələsmək lazım deyil. Arxayınlaşmaq olmaz. Hər oyuna ayrıca yanaşmalıyıq. Bu iki qələbədən sonra dayanmaq olmaz, növbəti matçlarda da əlimizdən gələni edəcəyik. Bununla belə, unutmamalıyıq ki, qarşıdakı rəqiblər də çox güclüdür. Biz hər bir xalda əlimizdən gələni edərək, ən yaxşısına çatmağa çalışacağıq.

– Milli fasilədən sonra İspaniyada “Atletik”lə qarşılaşacaqsınız. Necə düşünürsünüz, bu matçdan xal almaq mümkündür?

– Hazırda bir az istirahət vaxtıdır, amma eyni zamanda həm bu oyunu, həm də liqanı düşünürük. Hər bir futbolçu artıq həmin matça hazırlaşır. Bilirik ki, yaxşı çalışsaq və əlimizdən gələni etsək, "Atletik"dən üç xal götürə bilərik. Bu oyun daim fikrimizdədir, sadəcə bunu göstərmirik. Hər gün çalışırıq, hər gün məşqimizi edirik.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri