Icma.az
close
up
RU
ÇL in 1/8 finalında Madrid derbisi olacaq!

ÇL in 1/8 finalında Madrid derbisi olacaq!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 21-də qitənin futbol ictimaiyyətinin diqqəti Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasının (KL) 1/8 final, 1/4 final və yarımfinalının püşkatmasına yönəlmişdi.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə hər üç avrokubokun pley-off mərhələlərindəki real və potensial cütlər müəyyənləşdi.
Məlum olduğu kimi, qitə kuboklarında artıq qrup mərhələsi ləğv olunub və 8 qrupun əvəzinə vahid liqa mərhələsi tətbiq edilib. Komandaların sayı isə 32-dən 36-ya qədər artırılıb. Bu qədər iştirakçı 8 fərqli rəqiblə 8 oyun keçirib. ÇL-də ümumi turnir cədvəlində 1-8-ci yerləri tutanlar (Liverpul, Barselona, Arsenal, İnter, Atletiko, Bayer-04, Lill, Aston Villa) 1/8 finala vəsiqə qazanıblar. 9-24-cü yerləri tutanlar bu mərhələyə çıxmaq üçün iki matçdan ibarət pley-offda gücünü sınayıblar. 24-36-cı yerləri tutanlar isə avrokuboklarda mübarizəni başa vurublar. Fevralda keçirilən pley-offun qalibləri “Real”, PSJ, “Benfika”, “Borussiya” (Dortmund), PSV, “Feyenoord”, “Brügge” və “Bavariya” olub.
Yeni reqlamentə əsasən, 1/8 finala birbaşa vəsiqə qazanan komandalar “səpələnmişlər”, pley-offun qalibləri isə “səpələnməmişlər” səbətinə daxil edilmişdi. Hər klub üçün iki mümkün rəqibin adı əvvəlcədən bəlli idi. Püşkdə ədalət prinsipinin qorunduğunu qeyd etmək olar.
Belə ki, liqa mərhələsində 1-2-ci yeri tutanlar 15-18-ci, 3-4-cü yerin sahibləri 13-14 və 19-20-ci, 5-6-cı pillədəkilər 11-12 və 21-22-ci, 7-8-ci olanlar isə 9-10 və 23-24-cü yerlərdəki komandalar arasında pley-offun qalibləri olanlarla qarşılaşacaqdılar. 1/8 finala birbaşa vəsiqə qazanan komandalar bu mərhələnin ilk oyununu rəqib meydanında keçirəcəkdilər. Püşkatmanın diqqəti cəlb edən digər yönləri eyni ölkə təmsilçilərinin və liqa mərhələsində qarşılaşan komandaların bir-birinə rəqib ola biləcəyi ilə bağlı idi. Maraq üçün 1/8 finalın mümkün cütlərini nəzərinizə çatdırırıq.
PSJ - Liverpul/Barselona
Benfika - Liverpul/Barselona
Real - Atletiko/Bayer-04
Bavariya - Atletiko/Bayer-04
PSV - Arsenal/İnter
Feyenoord - Arsenal/İnter
Borussiya D - Lill/Aston Villa
Brügge - Lill/Aston Villa
İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15.00-da başlayan püşkatmada əvvəlcə 1/8 final cütləri müəyyənləşdi.
Gözlənildiyi kimi, PSJ – “Liverpul”, “Real” – “Atletiko” və “Bavariya” – “Bayer-04” duelləri diqqəti daha çox cəlb edən cütlər oldu. Bu duellərdən Madrid derbisini isə xüsusi vurğulamağa dəyər. Püşkatmada 1/4 final və yarımfinalın potensial cütləri də müəyyənləşdi. Qeyd edək ki, AL və KL-in pley-off mərhələlərinin püşkü də eyni qaydalar əsasında atıldı.
Çempionlar Liqası
1/8 final

1. PSJ (Fransa) – Liverpul (İngiltərə)
2. Brügge (Belçika) – Aston Villa (İngiltərə)
3. Real (İspaniya) – Atletiko (İspaniya)
4. PSV (Niderland) – Arsenal (İngiltərə)
5. Benfika (Portuqaliya) – Barselona (İspaniya)
6. Borussiya (Dortmund, Almaniya) - Lill (Fransa)
7. Bavariya (Almaniya) – Bayer-04 (Almaniya)
8. Feyenoord (Niderland) - İnter (İtaliya)
İlk oyunlar martın 4-5-də, cavab görüşləri isə martın 11-12-də keçiriləcək.
1/4 final
1. 1-ci cütün qalibi - 2-ci cütün qalibi
2. 4-cü cütün qalibi - 3-cü cütün qalibi
3. 7-ci cütün qalibi - 8-ci cütün qalibi
4. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
İlk oyunlar aprelin 8-9-da, cavab görüşləri isə aprelin 15-16-da keçiriləcək.
yarımfinal
1-ci cütün qalibi - 2-ci cütün qalibi
4-cü cütün qalibi - 3-cü cütün qalibi
İlk oyunlar aprelin 29-30-da, cavab görüşləri isə mayın 6-7-də keçiriləcək.
Avropa Liqası
1/8 final

1. Bude/Qlimt (Norveç) – Olimpiakos (Yunanıstan)
2. Viktoriya (Plzen, Çexiya) – Latsio (İtaliya)
3. Alkmaar (Niderland) – Tottenhem (İngiltərə)
4. Ayaks (Niderland) – Ayntraxt (Frankfurt, Almaniya)
5. Fənərbaxça (Türkiyə) – Reyncers (Şotlandiya)
6. Roma (İtaliya) – Atletik (İspaniya)
7. FKSB (Rumıniya) – Lion (Fransa)
8. Real Sosyedad (İspaniya) – Mançester Yun. (İngiltərə)
İlk oyunlar martın 6-da, cavab görüşləri isə martın 13-də keçiriləcək.
1/4 final
1. 1-ci cütün qalibi - 2-ci cütün qalibi
2. 3-cü cütün qalibi - 4-cü cütün qalibi
3. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
4. 7-ci cütün qalibi - 8-ci cütün qalibi
İlk oyunlar aprelin 10-da, cavab görüşləri isə aprelin 17-də keçiriləcək.
yarımfinal
2-ci cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 4-cü cütün qalibi
İlk oyunlar mayın 1-də, cavab görüşləri isə mayın 8-də keçiriləcək.
Konfrans Liqası
1/8 final

1. Betis (İspaniya) – Viktoriya (Plzen, Çexiya)
2. Selye (Sloveniya) – Luqano (İsveçrə)
3. Borats (Bosniya və Hers.) – Rapid (Avstriya)
4. Molde (Norveç) – Legiya (Polşa)
5. Yagelloniya (Polşa) – Serkl Brügge (Belçika)
6. Panatinaikos (Yunanıstan) – Fiorentina (İtaliya)
7. Pafos (Cənubi Kipr) – Yurqorden (İsveç)
8. Kopenhagen (Danimarka) – Çelsi (İngiltərə)
İlk oyunlar martın 6-da, cavab görüşləri isə martın 13-də keçiriləcək.
1/4 final
1. 1-ci cütün qalibi - 2-ci cütün qalibi
2. 3-cü cütün qalibi - 4-cü cütün qalibi
3. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
4. 7-ci cütün qalibi - 8-ci cütün qalibi
İlk oyunlar aprelin 10-da, cavab görüşləri isə aprelin 17-də keçiriləcək.
yarımfinal
1-ci cütün qalibi - 2-ci cütün qalibi
3-cü cütün qalibi - 4-cü cütün qalibi
İlk oyunlar mayın 1-də, cavab görüşləri isə mayın 8-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Fevral 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qriqoryan Şirvanzadə məktəbində səs verdi Divarların vəziyyəti müzakirə mövzusu oldu

07 İyun 2026 20:15see384

Naxçıvanda kanalda boğulan Elmir tanınmış dirijorun oğlu imiş FOTO

07 İyun 2026 14:39see287

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see198

Bu şəxslərin beyni daha gec YAŞLANIR

08 İyun 2026 02:03see166

2026 cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq Uilli Uolş

07 İyun 2026 19:47see162

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

07 İyun 2026 19:45see160

Qonşulara pul verdilər, üç gün toy etdilər… Detallar

08 İyun 2026 03:07see159

Yeni “iPhone”lar belə GÖRÜNƏCƏK FOTO

07 İyun 2026 12:55see157

Media sənayesində əhəmiyyətli dəyişikliklər gözlənilir...

07 İyun 2026 20:55see157

Parkinqdə sürücülər əsassız yerə cərimələnirlər? Həll yolu nədir? FOTO

07 İyun 2026 18:28see155

İmmunitetdən kənar faydalar: hanımeli bədən üçün nə edir?..

07 İyun 2026 20:44see153

Soçi aeroportunda izdiham: Təyyarələr uça bilmir Video

07 İyun 2026 16:52see149

Ermənistan sülh gündəliyini fəal şəkildə davam etdirəcək Armen Qriqoryan

07 İyun 2026 19:19see148

İranın hücumları zamanı vurulan sərnişin təyyarəsi deyil AÇIQLAMA

08 İyun 2026 01:29see148

“Mediada oxudum” Emin Ağalarov atasının ikinci evliliyi haqqında

08 İyun 2026 02:48see145

Xoşbəxtlikdən indi Azərbaycanla sülh var PAŞİNYAN

07 İyun 2026 12:13see144

Türkiyədə tanınmış aktrisa ərə gedir

07 İyun 2026 15:18see143

Avropa çempionları bu gün Bakı turuna çıxır

07 İyun 2026 12:23see143

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini DAYANDIRDI

08 İyun 2026 01:48see143

Simonyan: Ermənistanda seçkidən sonra qeyri sabitlik olmayacaq

07 İyun 2026 15:15see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri