Icma.az
close
up
RU
ÇL in, AÇ 2024 ün finalını izləyib, konsertə gedib, dağda xizək sürüb

ÇL in, AÇ 2024 ün finalını izləyib, konsertə gedib, dağda xizək sürüb

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən yay “Liverpul”un baş məşqçi vəzifəsindən ayrılan Yürgen Kloppun hansı komandanın başına keçəcəyi maraq doğururdu. Lakin o, uğurlarla zəngin olan karyerasında fasilə verməyi lazım bildi.

"Football-plus az" xəbər verir ki, çox keçmədən “Red Bull” şirkətinin futbol bölməsinin rəhbəri təyin olunan 57 yaşlı alman mütəxəssisin məşqçilik sənətindən böyük ölçüdə əl çəkdiyi məlum oldu. İndi geri boylanaraq Kloppun son yarım ildə nə etdiyinə göz gəzdirək.
* Çempionlar Liqasının finalında (ÇL) “Borussiya”ya azarkeşlik edib. Əlbəttə, sabiq komandasının “Real”a qarşı mövsümün ən vacib oyununu buraxa bilməzdi. Əslində onu matçı göstərən TV-yə ekspert kimi dəvət etmişdilər, lakin Klopp dortmundlulara tribunadan azarkeşlik etməyə üstünlük verib. Və bu seçiminə görə “Uembli”yə toplaşanların böyük alğışını qazanıb.
* Teylor Sviftin konsertinə gedib. İyunun ortalarında tamaşaçı kimi “Enfild”ə qayıdıb. Həyat yoldaşı məşhur müğənninin dünya turu üçün ona da bilet alıb. Yürgen “Liverpul”un ev oyunlarını keçirdiyi stadionun VIP-lojasında doyunca şənlənib.
* Tennis turnirinə yollanıb. Dünya şöhrətli mütəxəssis yay tətilini Malyorkada keçirib. Onun orda 3,5 milyon funt sterlinqə aldığı malikanə var. Almaniyalı bir müddət əvvəl “Bild” qəzetinə açıqlamasında “həmişə cənubda evimin olmasını arzulamışam” demişdi. Liverpulu tərk edəndən sonra günəşli məkana yollanan Klopp orda Almaniya yığmasının formasında tennis turnirinin finalında görünüb.
* AÇ-2024-ün finalına tamaşa edib. O, ölkəsində keçirilən qitə çempionatının son matçını buraxa bilərdi? Təbii ki, yox! Berlinə yollanmaqla ispaniyalı Lamin Yamal və oyundaşlarının qələbəsini izləmək imkanı qazanıb.
* Məşqçilik karyerasının başa çatdığına işarə vurub. Kloppun adı İngiltərə və ABŞ yığmaları ilə birgə hallanırdı. Amma hər iki varianta “yox” deyib. Bu komandaların başına keçməyə razılıq verəcəyi halda simasını itirəcəyini dilə gətirib. Jurnalistlərə açıqlamasında “hələ ki karyeramı başa vurmuşam, bu, böyük qərar idi. Amma ola bilsin, bu barədə bir neçə aydan sonra danışaq ” deməklə artıq böyük ölçüdə məşqçilik həyatının sona çatdığını da bildirib.
* Paralimpiadaya yollanıb. Avqustda Parisdə olub. Bu şəhərə badminton üzrə Yeni Zelandiya yığmasının üzvü olan dostu – almaniyalı paraatlet Voytek Çiji dəstələmək üçün gedib. Tribunada fəal azarkeşliyi ilə diqqəti cəlb edən Klopp Paralimpiya Oyunlarının əhəmiyyətindən də danışıb.
* “Borussiya”nın əfsanələri” komandasına məşq keçib. Onun daha bir böyük dönüşü sentyabra təsadüf edib. “Borussiya”nın məşqçi kostyumunu yenidən geyən Klopp komandaya Yakub Blaşikovski ilə Lukaş Pişçekin “Siqnal İduna Park”da təşkil edilən vida mərasimində başçılıq edib.
* “Red Bull” şirkətində işə cəlb olunub. Bu xəbər oktyabrın əvvəlində yayılıb. Amma əksər almaniyalı azarkeşlər onun təyinatını “Leyptsiq”in məlum imicinə görə heç də isti qarşılamayıb. Bu baxımdan Kloppun sabiq komandaları “Maynts-05” və “Borussiya”nın (Dortmund) tərəfdarları daha kəskin etiraz ediblər. Məşqçi üçün heç də arzulanan hal deyil…
* Dağda xizək sürüb. O, “Liverpul”dan ayrılandan sonra sosial şəbəkələrdə fəallığı ilə seçilib. Hətta izləyiciləri üçün sual-cavab sessiyası da təşkil edib. Amma dekabrda Alp dağlarına yollanmağa üstünlük verib: sadəcə, istirahət edib, dağda xizək sürüb və Miladı bayram edib. Bir sözlə, “Boxing Day” həyəcanından tam uzaq olub!
* Yenidən Parisdə görünüb. 2025-ci il onun üçün yenidən Fransaya səfərlə başlayıb. Liqa 2-də keçirilən matçlardan birini izləyənlər arasında görünüb. Bunda əsas məqsədi payızda “Red Bull” ailəsinə üzv kimi qəbul edilən “Paris”in (PSJ ilə səhv salmayın – red.) işləri ilə yaxından tanış olmaq idi. Paytaxt komandası onun diqqətli baxışları altında “Amyen”ə qalib gəlməklə yenidən 1-ci pilləyə yüksəlib. Bu, şirkətin futbol bölməsinin rəhbərinin ictimaiyyət içinə ilk rəsmi çıxışı idi. Beləliklə, herr Yürgen artıq yeni işinin başındadı!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri