ÇL: Sabah Liqa mərhələsinə vəsiqə uğrunda son sınağa çıxır
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin iştirakçıları müəyyənləşir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün əsas mərhələyə vəsiqə uğrunda həlledici sınağa çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda pley-off mərhələsində İsrail təmsilçisi “Hapoel Beer-Şeva" ilə mübarizə aparır. Ötən həftə səfərdə keçirilən ilk oyunda 1:2 hesabı ilə uduzan “Sabah” bu gün doğma azarkeşlər qarşısında revanş matçına çıxacaq. "Bayquşlar" rəqibini mübarizədən kənarlaşdırmaq və Çempionlar Liqasında daha bir tarix yazmaq üçün inamlı qələbə qazanmalıdır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu rumıniyalı tanınmış referi İştvan Kovaç idarə edəcək. Ona həmyerliləri Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.
VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
25 avqust
20:45. Sabah – Hapoel Beer-Şeva (İsrail)
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (hamısı Rumıniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
(ilk oyun - 1:2).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Avqust 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















