ÇL: Zamiqin komandasından heç heçə, “Trabzonspor”dan qələbə
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Konfrans Liqasının əsas mərhələsində II turun qarşılaşmaları başa çatıb.
Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisi “Trabzonspor” öz meydanında Şotlandiyanın “Harts” klubunu qəbul edib. Meydan sahibləri Məhəmməd Salah (penaltidən) və Frankulino Djunun qolları ilə rəqibini 2:0 hesabı ilə məğlub edərək vacib 3 xalı aktivinə yazdırıb.
Zamiq Əliyevin şərəfini qoruduğu Albaniyanın “Eqnatiya” klubu isə Danimarka səfərində “Orhus” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Azərbaycanlı müdafiəçi oyunu ehtiyat skamyasından izləyib.
Günün ən gözlənilməz nəticəsi İspaniyada qeydə alınıb. İsveçrənin “Luqano” klubu səfərdə “Xetafe”nin qapısından 5 top keçirərək 5:2 hesablı darmadağına imza atıb. “Panatinaikos” səfərdə “Kayrat”ı 5:1, “Monako” “Frayburq”u 3:0, “Tvente” isə “Linkoln Red İmps”i 4:1 hesabı ilə üstələyib. “Ayaks” isə son dəqiqələrdə vurduğu qollarla “Atalanta” üzərində 2:0 hesablı qələbə qazanıb.
Qeydə alınan nəticələr:
UEFA Konfrans Liqası
II tur
Kayrat – Panatinaikos 1:5
Qollar: İsmayıl Bekbolat, 79 – Visente Taborda, 6, Siril Dessers, 24 (pen.), 47, Kinqs Kanqva, 57, Elmin Rastoder, 75
Iberiya 1999 – Myellbyu 1:1
Qollar: Cemali Giorgi Jinjolava, 55 (pen.) – Tom Pettersson, 89
Nordsyellann – ÇSKA (Sofiya) 2:2
Qollar: İbrahim Adel, 55, 67 – Leandro Qodoy, 8, 88
Srvena Zvezda – Kopenhagen 2:2
Qollar: Timi Maks Elşnik, 34, Vasiliye Kostov, 41 – Matey Qaştarov, 29 (avtoqol), Mahir Karrizo, 70
Yablonetş – Brayton 0:0
Kauno (Jalqiris) – Brann 1:4
Qollar: Renan Oliveyra, 12 – Niklas Kastro, 7 (pen.), Noa Jan Holm, 25, 40, 85
Xetafe – Luqano 2:5
Qollar: İvan Azon, 2, Borxa Mayoral, 74 – Yanis Çiminyani, 7, Albian Ayeti, 3, 26, Uran Bislimi, 50, Kevin Behrens, 90+2
İnter (Eskaldes) – Universitatya (Krayova) 1:3
Qollar: Borxa Arellano, 77 – Əsəd Əl-Həmləvi, 3, Ştefan Bayaram, 5, Simon Elisor, 86
Pafos – Riqa 1:1
Qollar: Biel, 76 – Kaio Ferreyra, 67
Trabzonspor – Harts 2:0
Qollar: Məhəmməd Salah, 32 (pen.), Frankulino Dju, 58
Ayaks – Atalanta 2:0
Qollar: Tolu Arokodare, 87, Abdella Uazan, 90+3
Orhus – Eqnatiya 1:1
Qollar: Ceyms Bogere, 49 – İldi Qruda, 13
Monako – Frayburq 3:0
Qollar: Paris Brunner, 45+2, Lamin Kamara, 83, Ansu Fati, 90+1
Midtyullann – Sent-Trüden 0:1
Qol: Frederik Soelle, 42
Tun – Hayduk (Split) 0:1
Qol: Dalisson de Almeyda, 17
Borats (Banya-Luka) – KuPS 2:0
Qollar: Stefan Saviç, 29, Matey Deket, 50
Linkoln Red İmps – Tvente 1:4
Qollar: Nano, 38 – Tomas Van den Belt, 19, 57, Vut Vegorst, 24, Dauda Veydmann, 90+3
Braqa – Gent 2:0
Qollar: Viktor Qomes, 3, Qabriel Martines, 76
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 23 Oktyabr 2026 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















