Icma.az
close
up
RU
CNN: “Vaşinqton Kiyevə xəbərdarlıq edib”

CNN: “Vaşinqton Kiyevə xəbərdarlıq edib”

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, “CNN” telekanalının məlumatına görə, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanşina keçirdiyi brifinqdə belə deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti ötən ilin sonunda Ukraynanın Novorossiysk şəhərinə endirdiyi zərbələrin Qazaxıstan vasitəsilə həyata keçirilən Amerika investisiyalarına təsir etdiyini bildirib.
“Dövlət Departamentindən eşitdik ki, biz Amerika maraqlarına hücumlardan çəkinməliyik. Söhbət məhz ABŞ-nin iqtisadi maraqlarından gedir. Bu, ümumiyyətlə Rusiyanın hərbi və ya enerji infrastrukturuna hücumların qadağan edilməsinə deyil. Biz bunu nəzərə aldıq”, - ukraynalı diplomat bildirib.
Səfir qeyd edib ki, Dövlət Departamentinin bəyanatında ABŞ-nin hazırda Ukraynada yox, Qazaxıstanda əhəmiyyətli iqtisadi maraqlarının olduğu vurğulanıb.
Xatırladaq ki, ötən il noyabrın sonlarında Ukrayna dronlarının Novorossiysk limanına hücumu nəticəsində infrastruktur, o cümlədən Qazaxıstan neftini Qara dənizə daşıyan əsas boru kəməri zədələndi. Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) əsas səhmdarı isə Amerikanın “Chevron” şirkətidir. Hücumdan sonra Qazaxıstanın neft ixracı əhəmiyyətli dərəcədə azaldı ki, bu da Amerikanın iqtisadi maraqlarına təsir göstərib.
Qazaxıstanın Energetika Nazirliyi hadisənin qəbuledilməz olduğunu və qlobal enerji təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Respublikanın Xarici İşlər Nazirliyi isə, qeyd edib ki, XBKK-yə hücumlar Astana ilə Kiyev arasında ikitərəfli münasibətlərə zərbə vurur. Ukrayna Xarici İşlər Nazirliyi, öz növbəsində, Kiyevin hərəkətlərinin Qazaxıstana qarşı yönəlmədiyini və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə olduğunu iddia edib.
XBKK Xəzər regionundan neftin qlobal bazarlara daşınması üçün ən böyük marşrutdur. 1500 kilometrdən çox uzunluğu olan boru kəməri Qərbi Qazaxıstandakı yataqları Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Konsorsium Rusiya, ABŞ, Qazaxıstan və bir sıra Qərbi Avropa ölkələrindən əsas yanacaq və enerji şirkətlərini bir araya gətirir. Onun üzvləri arasında Amerikanın “Chevron” şirkəti də var.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Fevral 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri