Icma.az
close
up
RU
Vaşinqton Kiyevə yardımı dayandırır VİDEO

Vaşinqton Kiyevə yardımı dayandırır VİDEO

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Politico” nəşri və “NBC News” telekanalının yazdığına görə, Pentaqon bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarəolunan hərbi sursatların Ukraynaya çatdırılmasını dayandırıb. Qərar Pentaqonun siyasət departamentinin rəhbəri Elbric Kolbi tərəfindən inventarın yoxlanılmasından sonra qəbul edilib. Hərbçilər ABŞ ordusunun döyüş sursatının miqdarının çox azaldığından və azalmaqda davam etdiyindən qorxur.
Mənbələr bildiriblər ki, ABŞ-nin Müdafiə naziri Pit Heqset bir neçə həftə əvvəl Ukraynaya göndərildikdən və Yaxın Şərqdəki hərbi əməliyyatlardan sonra tükənmiş sursatların miqdarının yoxlanılmasını əmr edib.
“Müdafiə nazirliyinin qərarı xalqımızın dünyanın digər ölkələrinə hərbi dəstəyi və yardımı ilə bağlı araşdırmasından sonra Amerikanın maraqlarını birinci yerə qoymaq məqsədi ilə verilib”, - Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib.
Hələ də davam edən yoxlama nəticəsində döyüş sursatının çatışmazlığı və ya dünyanın digər bölgələrində ehtiyac olduğu aşkarlanarsa, Ukraynaya silah çatdırılması daha uzun müddətə gecikə bilər.
ABŞ Müdafiə nazirliyinin məsələdən xəbəri olan iki rəsmisinin və konqresin iki nümayəndəsinin sözlərinə görə, Kiyevə veriulməsi gecikdirilən silahlar arasında:
1.onlarla raket əleyhinə “Patriot” sistemləri
2.yüzdən çox “Hellfire” raketləri
3.250-dən çox yüksək dəqiqlikli “GMLRS” raket sistemləri
4.onlarla “Stinger” yer-hava raketləri, “AIM” hava-hava raketləri və qumbaraatanları
5.minlərlə 155 mm-lik yüksək partlayıcı haubitsa mərmiləri var.
Qeyd edək ki, ötən həftə NATO-nun Haaqa sammitindən sonra keçirdiyi yekun mətbuat konfransında Donald Vaşinqtonun Ukraynaya göndəriləcək “Patriot” hava hücumundan müdafiə (HHM) raketləri tapmağa çalışdığını vurğulayıb.
- Onlar həqiqətən də raket əleyhinə “Patriot” sistemləri əldə etmək istəyirlər. Biz onlardan bəzilərini Ukraynaya verə biləcəyimizi nəzərdən keçirəcəyik. Amma ABŞ İsrailə də raket əleyhinə sistemlər verir və bilirsziniz, onları almaq çox çətindir. Bizim özümüzün də onlara ehtiyacımız var”, - Amerika lideri deyib.
Rusiya son aylarda hava hücumlarını gücləndirdiyi üçün üçün Ukrayna dəfələrlə ABŞ və Avropadan əlavə HHM vasitələri istəyib. Buna görə də, Pentaqonun silah tədarükünü dayandırması barədə qərarı Ukraynanın ABŞ Konqresindəki müttəfiqləri arasında narahatlıq yaradıb.
“Amerika istehsalı olan HHM sistemləri, o cümlədən “Patriot”lar Ukraynanın müdafiəsinin əsasını təşkil edir. Onlar işləyirlər. Onlar hər gün insanların həyatını xilas edirlər”, - Ukrayna Qrupunun həmsədri, Ohayo ştatından olan democrat konqresmen Marsi Kaptur bildirib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin raketdən müdafiə məsələləri üzrə eksperti Tom Karakonun sözlərinə görə, Pentaqonun qərarı Ukrayna Silahlı qüvvələrinin zəifliyini göstərir. Çünki HHM ukraynalıların əvəzinə müharibədə qalib gəlməyəcək, lakin onun olmaması tez bir zamanda itkilərlə nəticələnəcək.
Karako, həmçinin ABŞ ordusunun “Patriot” sistemlərinə ehtiyacının dörd dəfə artdığını göstərən Pentaqonun büdcə sənədlərinə də diqqət çəkib. Lakin artan maliyyə resursları qarşılığında belə bu sistemlərin istehsalının artırılmasın vaxt aparacaq.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 İyul 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri