Icma.az
close
up
RU
Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO lara məskən oldu Fotolar

Çoban 200 qoyunu ilə yoxa çıxdı, həmin yer UNO lara məskən oldu Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən “Hansı ölkə hansı fəsildə daha gözəldir?” sualını düşünürük, bəzən tarixi məkanları gəzib öyrənmək üçün yola çıxırıq, bəzən isə dünyanın müxtəlif guşələrində yeni dadlar axtarırıq. Bəs fərqli macəralara aparan hekayələrin arxasınca düşmək niyə bu qədər cəlbedicidir? Dünyada sirri açılmamış, insanın tüklərini biz-biz edən və ya gözəlliyi ilə valeh edən bir çox yer var. Əlbəttə, belə məkanlarla bağlı ağızdan-ağıza yayılan hekayələr də çoxdur.

“Qafqazinfo” bu dəfə sizi sirli və maraqlı hekayələri olan ən qəribə yerlərə səyahətə dəvət edir:

Bran qalası: Drakulanın qorxu yuvası

Bran qalası Rumıniyanın Braşov şəhəri yaxınlığında yerləşir. Ehtimallara görə, kitabxanada araşdırmalar aparan irlandiyalı yazıçı Brem Stoker vampir obrazı yaratmaq istəyərkən Vlad Tsepeşdən – daha çox tanınan adı ilə Payalı Voyevodadan – ilham alıb.

Transilvaniyalı Qraf Drakula obrazının ilham mənbəyi olan Vlad Tsepeş bir neçə dəfə bu qalada qalaraq, buranı qorxu dolu hekayələrin əsas mərkəzinə çevirib. Stokerin romanı Bran qalasının məşhurluğuna böyük töhfə verib. Qotik memarlığa malik bu möhtəşəm qala 1212-ci ildə inşa edilib və bugünədək qorunub. Uzun müddət əldən-ələ keçən qala daha sonra muzeyə çevrilib. Son olaraq isə əsl sahiblərinə – Şahzadə İlenanın oğlu və varisi Dominik fon Habsburqa geri verilib.

Hoia-Baciu meşəsi: Ağaclar və paranormal hekayələr

Hoia-Baciu meşəsi Transilvaniyada 250 hektarlıq ərazini əhatə edir. Adını isə iki yüz qoyun sürüsü ilə birlikdə meşədə yoxa çıxan bir çobandan alıb. Bu hadisə və itkin düşən digər insanlar səbəbindən meşə “Transilvaniyanın Bermud şeytan üçbucağı” kimi tanınır.

Paranormal hadisələrlə daim gündəmdə olan bu meşədə ruhlar, pərilər və UNO-larla bağlı saysız hekayələr mövcuddur. Qəribə şəkilli ağaclarla dolu meşənin tam mərkəzində böyük bir boşluq var. Hətta bura UNO-ların eniş etdiyini iddia edirlər. Qorxulu ağaclar və tutqun havada özünüzü sanki dəhşət filmində hiss etmək çox asandır. Burada itən və ruhlarının hələ də dolaşdığına inanılan insanlar barədə də müxtəlif hekayələr mövcuddur.

Blue grotto (Mavi mağara): Mavi sehrə səyahət

İtaliyanın Kapri adasının şimal-qərbində yerləşən Mavi mağara dünyanın ən diqqətçəkən məkanlarından biridir. Dəniz mağarası olan bu yerin dərin mavi atmosferi içəri daxil olan işığın suda sınaraq yaratdığı möhtəşəm mavi əks olunmalardan yaranır.

Roma imperatoru Tiberiusun bu mağaradan həm məbəd, həm də üzmək üçün istifadə etdiyi deyilir. Hətta daxili dəhlizlərlə öz sarayına keçdiyi də rəvayətlər arasındadır. Sonrakı dövrlərdə mağara qorxu hekayələrinə mövzu olub – içəridə pis ruhların və şeytanların yaşadığı iddia edilir. 1800-cü illərdə yenidən kəşf edilən mağara gözəlliyi ilə dillər əzbəridir.

Kapri adasından qayıqla 125 metr uzunluğundakı bu özünəməxsus mağaranı ziyarət etmək mümkündür. Təbii gözəlliyi qorumaq üçün içəridə üzməyə icazə verilmir. Pis ruhlar var, ya yox – bilinmir, amma atmosferinin möhtəşəm olduğuna şübhə yoxdur.

Rakotz (Şeytan) körpüsü: Təbiət və memarlığın möhtəşəm simfoniyası

Almaniyanın Saksoniya bölgəsindəki Kromlauer Parkında yerləşən Rakotz körpüsü – digər adı ilə Şeytan körpüsü – Rakotz gölünün üzərində salınıb. Qotik üslublu körpünün hər iki tərəfində sivri daş qüllələr var.

Körpünün göldə yaratdığı mükəmməl dairəvi əks onu “Şeytan körpüsü” kimi məşhurlaşdırıb. İnsanlar düşünürdülər ki, belə simmetrik mənzərəni yalnız şeytan yarada bilər. Halbuki bu möhtəşəm görünüş alman memarlığının dəqiqliyi və riyazi hesablamaların nəticəsidir.

Dünyaca məşhur bu memarlıq incisi Almaniyada olsa da, Çexiya sərhədinə daha yaxındır. 

Pripyat: Zamanın donduğu şəhər

Pripyat Ukraynanın paytaxtı Kiyevə bağlı bir şəhər idi. “İdi” deməyimizin səbəbi - bu gün Pripyat yalnız yaxın tarixi izləyə biləcəyimiz tərk edilmiş bir şəhər olaraq mövcuddur. Çernobıl Atom Elektrik Stansiyası işçiləri üçün salınan şəhər geniş prospektləri və sovet memarlığı ilə seçilirdi. Başlanğıcda burada yalnız stansiya işçiləri yaşayırdı, lakin müasir görünüşü zamanla əhalinin artmasına səbəb olmuşdu.

1986-cı ildə Çernobılda baş verən partlayışdan sonra şəhər təhlükəsizlik məqsədilə tamamilə boşaldıldı. Partlayışın nəticələri həm bölgəyə, həm də Balkanlara və Qara dənizi əhatə edən ərazilərə ciddi ziyan vurdu.

Şəhər sakinləri əşyalarını belə götürmədən oranı tərk etməyə məcbur qaldılar. Yanan, dağılan və bir ruh şəhərə çevrilən Pripyat 2011-ci ildən turistlərin ziyarətinə açıqdır. Tərk edilmiş binalar, küçələr və əyləncə parkı yaxın tarixi öz gözləri ilə görmək istəyənləri gözləyir.

Bu ərazidə təhlükəsizlik səbəbi ilə əl və üzdən başqa bədən hissələrini açıq qoyan geyim geyinmək qadağandır. Zaman keçməsinə baxmayaraq, bölgədə radiasiya hələ də mövcuddur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri