CocaCola onmilyonlarla şüşəni geri çağırır Tərkibində təhlükəli hissəciklər var Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Coca-Cola" Avstriyada satışdan çıxarılan 28 milyon 0.5 litrlik plastik şüşəni geri çağıracaq.
BAKU.WS "Austria Press Agentur"a istinadən xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin şüşələrin içinə daxil olması riskidir.
Qeyd olunur ki, az sayda şüşəyə metal fraqmentlərinin daxil olma ehtimalı var. Bu risklər istehsal zamanı xətanın baş verməsi səbəbindən yaranıb.
Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri çağırmaq qərarına gəlib. Bu partiyaya yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan "Coca-Cola", "Fanta", "Sprite" və "MezzoMix" içkiləri daxildir. Avstriyada belə böyük miqyasda məhsulun geri çağırılması ilk dəfə baş verir. Hazırda həmin içkilərə görə zərər çəkən qeydə alınmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 03 Dekabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















