Greenpeace COP29da inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsinin artırılmasına çağırır Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Beynəlxalq qeyri-hökumət ekoloji təşkilatı olan "Greenpeace" COP29-da inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsinin artırılması məsələsinin həll edilməsinə çağırır.
Bu barədə "Report" təşkilatın məlumatına istinadən xəbər verir.
"Dünya liderləri inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni maliyyə hədəfini razılaşdıraraq, rekord temperatur artımına və emissiyaların artmasına cavab olaraq tədbirlər görməlidirlər", - məlumatda bildirib.
İqlim sahəsində siyasət üzrə ekspert Treysi Karti əlavə edib ki, Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) növbəti onillikdə iqlim dəyişikliyi ilə mübarizəyə artan xərcləri kimin ödəyəcəyini və iqlim dəyişikliyi ilə bağlı ən az məsuliyyət daşıyan ölkələrin və cəmiyyətlərin lazımi dəstək alıb-almayacağını müəyyən etməyə imkan verəcək şərait yaratmalıdır: "İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planları üçün trilyonlarla dollar lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Noyabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















