Icma.az
close
up
RU
“Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” elmi konfrans

“Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” elmi konfrans

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Coğrafi ekologiya kafedrasının 45 illik və Əməkdar müəllim, coğrafiya elmləri doktoru, professor, Şövqisəfa Göyçayskinin 90 illik yubileylərinə həsr olunmuş “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda respublika elmi konfransı keçirilir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev professor Şövqisəfa Göyçayskinin ölkəmizin elm və təhsil həyatında böyük xidmətləri olduğunu söyləyib. Rektor BDU-nun zəngin və şərəfli tarixinin bir parçası olan korifey alimlərin həyat və fəaliyyətlərinin gənclər üçün örnək olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, Azərbaycanda ekoloji təhsilin, coğrafi ekologiya elminin əsas yaradıcılarından biri, səriştəli və dürüst alim, peşəkar pedaqoq olan Şövqisəfa Göyçayski BDU-nun elm və təhsil həyatında silinməz iz qoyub.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı professor Şövqi Göyçayskinin BDU-nun elm, təhsil həyatına və peşəkar kadr hazırlığına verdiyi töhfələrdən danışıb. Bildirib ki, o, 200-dən çox elmi əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, həmçinin Azərbaycanın irimiqyaslı iqtisadi və əhali xəritələrinin müəllifi və həmmüəllifidir. Onun uzun illər rəhbərlik etdyi Coğrafi ekologiya kafedrası 1980-ci ildə universitetin Geologiya-coğrafiya fakültəsində Ətraf mühiti mühafizə kafedrası adı ilə təşkil olunub. Daha sonra kafedranın adında dəyişiklik olunaraq uzun illər Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası adlandırılıb. Kafedra keçmiş SSRİ məkanında təşkil edilən ilk ekoloji istiqamətli kafedralardan olub və uzun müddət respublika ali məktəbləri arasında ekologiya və ətraf mühiti mühafizə sahəsində elmi-metodiki mərkəz rolunu oynayıb. Professor Şövqisəfa Göyçayski 1981-2019-cü illərdə kafedraya rəhbərlik edib. Kafedra 2010-cu ildə universitetdə yeni yaradılan Ekologiya və torpaqşünaslıq fakültəsinin nəzdinə keçirilib və Coğrafi ekologiya kafedrası adlandırılaraq yenidən təşkil olunub. Akif Ağbabalı coğrafi ekologiyanın aktual problemlərinə həsr olunmuş konfransa 30-dək təşkilatdan 232 tezisin daxil olduğunu diqqətə çatdırıb.

Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən Zaur İmrani, Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Memarlıq və İnşaat Universitetinin professoru Bəhram Əliyev, BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri professor Aydın İbrahimov çıxışlarında görkəmli alimin ölkədə coğrafiya və ekologiya elmlərinin inkişafında xidmətlərindən danışıblar.

Sonra professor Şövqisəfa Göyçayski barədə hazırlanmış “Təhsil, elm və kadr hazırlığına həsr edilən ömür” adlı videoçarx təqdim edilib.

Sonda söz yubilyara verilib. Professor Şövqisəfa Göyçayski konfransın yüksək səviyyədə təşkilinə və elmi-pedaqoji fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib, gəncləri özlərini inkişaf etdirməyə, bilikli, vətənpərvər olmağa səsləyib.

İkigünlük konfrans işini plenar sessiyalarla davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri