Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Coğrafi üstünlük, siyasi imkan

Coğrafi üstünlük, siyasi imkan

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Naxçıvanın geostrateji mövqeyi Avrasiyada geniş əməkdaşlığa yeni qapı açır

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı irəli sürdüyü konseptual baxış mövcud iqtisadi-siyasi mənzərənin aydın ifadəsidir. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikanın qlobal təyinatını səciyyələndirən başlıca strateji xüsusiyyətləri vurğulayıb. Naxçıvan diyarı Azərbaycan xalqına dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevi bəxş edərək müstəqil dövlətçiliyin formalaşmasında mütləq mərkəz funksiyasını daşıyıb. Əhalinin doğma torpağa sarsılmaz bağlılığı və vətənpərvərlik ənənələri bu gün dövlət sərmayələri və cəlb olunan transmilli layihələrlə vəhdət təşkil edərək ərazilərin davamlı inkişafının möhkəm təməlini formalaşdırır. İcra olunan irimiqyaslı infrastruktur planları sadəcə ölkənin daxili ehtiyaclarını ödəmir, eyni zamanda, geniş Avrasiya coğrafiyasında uzunmüddətli iqtisadi-siyasi sabitliyi qarantiya altına alır. Bu ərazi tarixi zənginliyi, mövcud unikal coğrafi yerləşməsi hesabına regional təhlükəsizlik xəttinin daşıyıcı sütununa çevrilib.

Dövlətçilik inkişafının tarixi məntiqinə nəzər saldıqda, mühüm nəticələr və reallıqlar meydana çıxır. Ötən əsrin 90-cı illərində tam blokada vəziyyətində qalmağa məhkum edilmiş Naxçıvan məhz Heydər Əliyevin rasional idarəetmə düsturu sayəsində yaranan ağır böhranları qətiyyətlə dəf etdi. Formalaşan xilas modeli regionu kənar təhdidlərdən qorudu, gələcək inkişaf trayektoriyasının strateji bünövrəsini qoydu. O mərhələdə qəbul edilən prinsipial qərarlar bütün ölkənin suverenlik bəyannaməsini müdafiə etdi. Müdrik siyasi xətt hazırkı tarixi mərhələdə ardıcıllıqla reallaşdırılır, regional dayanıqlılıq proseslərini daha da möhkəmləndirir. Dövlət təhlükəsizliyinin etibarlı qorunması məqsədilə hərbi infrastrukturun tamamilə yenilənməsi ardıcıl xarakter alıb. Bu mənada, Əlahiddə Ümumqoşun Ordusunun hərbi-texniki bazasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin mütəmadi artırılması Naxçıvanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Nizami ordu quruculuğu potensial hərbi riskləri sıfıra endirməklə yanaşı, ərazidən keçən tranzit dəhlizlərinin kəsintisiz fəaliyyətinə şərtsiz zəmanət formalaşdırır.

İqtisadi resursların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə təsdiq olunmuş 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı hərtərəfli transformasiyanı gerçəkləşdirən işlək sənəddir. Sənədin əsas prioriteti institusional islahatların dərinləşdirilməsini, azad iqtisadi zonanın yaradılmasını, inzibati idarəetmə sisteminin rəqəmsallaşdırılmasını təmin edir. Yerli istehsalın stimullaşdırılması, habelə xarici investisiyaların cəlbi vasitəsilə mütərəqqi dəyər zənciri formalaşdırılır. İqtisadi aktivliyin artması, spesifik sənaye klasterlərinin fəaliyyətə başlaması bölgənin qlobal bazarlara sürətli inteqrasiyasını gerçəkləşdirir.

Nəqliyyat marşrutlarının kəsişməsində qərarlaşan ərazinin logistik imkanları geoiqtisadi qovşaq olaraq xüsusi strateji çəki qazanır. İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər qapalı kommunikasiyaların yenidən açılmasına hüquqi zəmin yaratdı. Zəngəzur dəhlizinin işə düşməsi Şərq-Qərb, həmçinin Şimal-Cənub xətləri boyunca ticarət axınını sürətləndirəcək. Yeni kommunikasiya xətti Azərbaycanın əsas hissəsi ilə muxtar qurum arasındakı coğrafi məsafəni bağlayaraq Asiya qitəsi və Avropanı bilavasitə əlaqələndirir. Qars istiqamətində nəzərdə tutulan dəmir yolu, fəaliyyətə başlayacaq müasir logistika terminalları qitələrarası yükdaşımaların vaxtını, eləcə də maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaldır. Çin və qitə Avropası arasındakı kommersiya mallarının həmin marşruta yönəlməsi respublikanın geostrateji mövqeyini qüvvətləndirir. Magistral yolların genişləndirilməsi və yeni nəqliyyat bağlantılarının yaradılması iqtisadi fəaliyyəti şaxələndirməklə Naxçıvanın uzunmüddətli nəqliyyat təcridinin aradan qaldırılmasına mühüm töhfə verir.

Prezident İlham Əliyev müsahibədə enerji təhlükəsizliyinin dayanıqlı inkişaf paradiqmasının təməl sütunu olduğunu vurğulayıb. Uzun illər ərzində məcburi şəkildə davam edən enerji təcridi şəraiti artıq tamamilə geridə qalır. İğdır–Naxçıvan qaz boru kəmərinin inşası muxtar ərazini mənbə asılılığını aradan qaldırdı. Kəmərin illik 730 milyon kubmetr ötürmə qabiliyyəti sənaye obyektlərinin, mülki istehlakçıların mütləq ehtiyaclarını artıqlaması ilə qarşılayır. Eyni zamanda, infrastrukturun gələcəkdə tranzit funksiyası daşıması məqsədilə xüsusi texniki ehtiyat potensialı formalaşdırılıb. Layihə qardaş Türkiyə Cümhuriyyəti ilə sarsılmaz ittifaq əlaqələrinin mühüm iqtisadi yekunu olaraq reallığa çevrildi.

Ərzaq təhlükəsizliyi, məhdud su resurslarının rasional idarəedilməsi dəqiq planlaşdırma tələb edən vacib sahələrdir. Araz çayı, habelə yerli içməli su mənbələri ətrafında yaradılan qabaqcıl suvarma şəbəkələri aqrar sektorun modernləşməsi prosesinə müstəsna inkişaf faktoru qatır. Kənd təsərrüfatı fəaliyyətlərinə innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, su itkisinin, torpaq şoranlaşmasının qarşısını tam alır. Müasir tipli aqroparkların tam fəaliyyəti yerli bazarları orqanik, sağlam qida məhsulları ilə mütəmadi təchiz edir. Toxumçuluq, heyvandarlıq komplekslərində icra edilən islahatlar əhalinin zəruri ərzaq mallarına əlçatanlığını asanlaşdırır. Daxili istehlakçı bazarının qorunması məqsədilə fəaliyyətə başlayan mütərəqqi qida emalı müəssisələri idxaldan olan asılılığı azaldır, həmçinin ixrac həcmini genişləndirir. Kənd təsərrüfatında informasiya texnologiyalarından mütəmadi istifadə prosesin elmtutumlu olmasını gerçəkləşdirir.

Maddi rifahın yüksəlişi insan kapitalının həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişafı ilə sıx şəkildə uzlaşdırılır. Bu baxımdan, təhsil imkanlarının genişləndirilməsi və rəqəmsal innovasiya klasterlərinin yaradılması gənclərin müasir tələblərə cavab verən peşəkar kadr kimi yetişməsinə mühüm şərait yaradır. Naxçıvan Dövlət Universiteti başda olmaqla ali təhsil müəssisələri qlobal əmək bazarının dəyişən tələblərinə uyğun mütəxəssis hazırlığını uğurla həyata keçirir. Elmi-tədqiqat mərkəzlərində süni intellekt, proqramlaşdırma və yaşıl iqtisadiyyat kimi perspektivli istiqamətlər üzrə aparılan ardıcıl araşdırmalar regionun intellektual potensialını əhəmiyyətli dərəcədə gücləndirir. Akademik biliklərin sənaye və istehsal sahələrinə fəal inteqrasiyası isə qlobal iqtisadiyyatın qarşıya qoyduğu çağırışlara çevik cavab vermək imkanlarını genişləndirir. Təhsilin inkişafı nəticə etibarilə cəmiyyətdə innovativ və elmi mühitin formalaşmasına, yüksək ixtisaslı kadrların idarəetmə proseslərində daha fəal iştirakına zəmin yaradır.

Beynəlxalq diplomatik platformalarda Azərbaycanın mövqeyini qüvvətləndirən arqumentlər sırasında həyata keçirilən transmilli layihələr xüsusi fərqlənir. Müttəfiqlərlə ortaq hərbi təlimlərin təşkili mövcud təhlükəsizlik çətirini daha da qüvvətləndirir. Tərəfdaş ölkələrlə icra olunan inteqrasiya layihələri sərhədləri aşaraq davamlı əməkdaşlıq fəlsəfəsini formalaşdırır. Bərqərar edilən müasir inkişaf modeli ümumilikdə Cənubi Qafqazın, geniş mənada isə böyük Avrasiya regionunun firavan gələcək mənzərəsini formalaşdıran ana xətt rolunda çıxış edir. Güclü siyasi iradə və uzaqgörən praqmatik rəhbərlik Naxçıvanın iqtisadi-siyasi və geostrateji əhəmiyyətini daha da artıraraq onun Azərbaycanın regional inkişaf strategiyasında mühüm mövqeyini möhkəmləndirir.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri