Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Fransada sürücü avtomobili ekofəallardan ibarət kütlənin üzərinə sürüb.
Bu barədə prokurorluğa istinadən "BFMTV" telekanalı məlumat yayıb.
Kanal prokuror Erik Serfassa istinadən xəbər verir ki, yoldakı tıxaclardan aşkar şəkildə qəzəblənən və narkotik vasitənin təsiri altında olan avtomobil sürücüsü kütləni yarıb keçməyə cəhd edib.
Mənbənin məlumatına görə,ətraf mühit yürüşünün dörd iştirakçısı yüngül xəsarətlər alıb.Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünün hərəkətlərində terror motivini nəzərdən keçirmirlər.
Polis hadisəni törədən 37 yaşlı şəxsi saxlayıb. Tibbi müayinə zamanı onun orqanizmində narkotik maddələrin olduğu üzə çıxıb. Onların konkret hansı maddələr olduğu isə dəqiqləşdirilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Sentyabr 2026 03:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















