Beyin sağlamlığını qoruyan qidalar
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Qidalanma beyin sağlamlığı üçün olduqca vacibdir. Aparılan araşdırmalar göstərir ki, sağlam yağlar, vitamin və minerallarla zəngin çərəzlər beyin sağlamlığını dəstəkləyə və yaşlanma prosesini ləngitməyə kömək edə bilər.
Axşam.az xəbər verir ki, “Food & Function” jurnalında yayımlanan araşdırmada orta yaşı 61 olan 1771 yetkinin qidalanma vərdişləri və zehni sağlamlıq göstəriciləri araşdırılıb.
Nəticələr balanslı qidalanma proqramına çərəzlərin əlavə edilməsinin beyin sağlamlığı baxımından faydalı ola biləcəyini göstərib. Fındıq, qoz və badam kimi çərəzlərin az miqdarda istehlakının belə koqnitiv funksiyalarla müsbət əlaqəli olduğu müşahidə edilib.
“Nutrients” jurnalında dərc olunan digər araşdırmada isə 45 yaşdan yuxarı 17 mindən çox insanın 18 il ərzində qidalanma vərdişləri təhlil olunub. Gündəlik kiçik porsiya çərəz istehlakının daha yaxşı beyin sağlamlığı ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Digər tərəfdən, Avstraliyada 2100-dən çox yetkin insan üzərində aparılan araşdırmada həddindən artıq emal olunmuş qidalardan daha çox istifadə edən şəxslərin diqqət və zehni fəaliyyət göstəricilərinin digər iştirakçılarla müqayisədə daha zəif olduğu aşkarlanıb.
Mütəxəssislər beyin sağlamlığını qorumaq üçün balanslı qidalanmanın, təbii və qida dəyəri yüksək məhsulların üstünlük təşkil etməsinin əhəmiyyətini vurğulayırlar.
Baxış sayı:118
Bu xəbər 28 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















