Icma.az
close
up
RU
Colaninin bu sözləri ilə İranı tamamilə “sildi”

Colaninin bu sözləri ilə İranı tamamilə “sildi”

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colaninin “Skay Nyus” telekanalına müsahibəsində səsləndirdiyi iki fikir Suriyada baş verənlər və perspektivlə bağlı fikirləri önə çıxarır.

Hurriyyet.az xəbər verir ki, Colani bildirir ki, onlar üçün ən böyük təhlükə Hizbullah, Suriyada İranın dəstəklədiyi silahlı birləşmələr və rejim idi. Suriyada baş verənlərin İsrailin HƏMAS-la müharibəsi, Livan əməliyyatı, ümumilikdə İranın proksi qüvvələrini sıradan çıxarmaq olduğu aydın görünürdü. Colani bunu təsdiq edir və əminlik yaranır ki, Əsədin devrilməsi ilə nəticələnən əməliyyatın arxasında ABŞ/İsrail olub. Və bu, həm də o deməkdir ki, Suriyanın yeni hakimiyyəti bütün tərəflərlə - Türkiyə, ABŞ, İsrail, hətta Əsədə dəstək verən Rusiya ilə işləsə də, İranı yaxın qoymayacaq. Mümkündür ki, Tehranla məsafəli təmaslar qurulsun.

Beləliklə, tam aydın oldu ki, Suriya müharibəsinin birmənalı itirən tərəfi İrandır.

Colaninin səsləndirdiyi “Xalq müharibədən tükənib. Ona görə də ölkə növbəti müharibəyə hazır deyil və müharibəyə qarışmaq niyyəti də yoxdur” sözləri isə fikirləri müəyyən qədər qarışdırır. Çünki xalq müharibədən tükənsə də, Suriyada toqquşma və münaqişə başa çatmayıb. Bunu ölkədə hələ də qalan qüvvələr və onların maraqları da təsdiq edir.

1. Türkiyə Əsədin devrilməsində ABŞ/İsraillə eyni mövqedən çıxış etsə də, PYD/YPG məsələsində toqquşacağı qaçılmazdır və bu, Suriyanın şimalında qarşıdurmanın davam edəcəyi deməkdir;

2. Suriya ərazisinə ordu yeridən İsrail Şam istiqamətində irəliləyib;

3. Rusiya Tartus və Hmeymim bazasını asanlıqla əldən vermək istəmir;

4. Qoşunlarını Suriyadan çıxarmayacağını bəyan edən ABŞ İŞİD təhlükəsini aktual olaraq saxlayır;

5. Və ən böyük zərbə alan İran da itirdiklərini asanlıqla həzm etməyəcək;

Bütün bunlar Suriyaya yeni və daha böyük toqquşmalar vəd edir. Çünki indiyə qədər ölkələr tərəflərini hədəfdə olan Əsəd üzərindən müəyyən edirdilər, bundan sonra maraqların toqquşması daha açıq müstəviyə keçir. Bu mənzərə fonunda sual yaranır: İranı – Hizbullahı ölkədən çıxarmaq missiyasını yerinə yetirən HTŞ ölkəyə nəzarəti ələ almaq üçün mübarizə aparmayacaqsa, bundan sonra missiyası nə olacaq? Bu sualın cavabı tam aydın deyil. Amma Suriyanın de-fakto bölünməsinin daha da dərinləşəcəyi və mərkəzi hakimiyyətin zəifləyəcəyi qaçılmaz görünür./axar.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri