Consun üzərindən ittiham götürüldü
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Ağır çəkidə sabiq UFC çempionu Con Consun üzərindən qəza yerini tərk etməklə bağlı ittiham götürülüb.
Bununla bağlı idmançının vəkili Kristofer Dodd məlumat verib:
“Tam bəraət aldıq. Lap əvvəldən izah edirdik ki, qadın maşını sərxoş vəziyyətdə idarə etdiyinə görə həbsdən qurtulmaq üçün Conun ünvanına saxta ittiham irəli sürür. Təəssüf ki, polis bütün faktları lazımi şəkildə götür-qoy etmədən onun ərizəsini qəbul etmişdi. Polis idarəsi müvafiq sənədləri açıqlayandan, Conun telefon danışıqları üzə çıxandan sonra aydın oldu ki, o, qəza yerində olmayıb. Bu işi detallarına qədər araşdırdığına, ədalətli yanaşmaya görə dairə prokurorluğuna minnətdarıq. Son nəticəsə Conun günahsızlığı sübuta yetirildi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















