Icma.az
close
up
RU
“COP prosesi bizə bir çox dərslər öyrətdi...” Nazir müavini

“COP prosesi bizə bir çox dərslər öyrətdi...” Nazir müavini

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Dairəvi iqtisadiyyata keçid qlobal resursların tükənməsinə qarşı vacib addımdır".

Bu fikri Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı səsləndirib.

O bildirib ki, dövlətin və kommersiya tərəfdaşlarının gəldiyi əsas nəticələrdən biri dairəvi iqtisadiyyata keçidin zəruriliyidir: "Dairəvi iqtisadiyyat həm enerji, həm də iqtisadiyyatların transformasiyası baxımından ən önəmli faktorlardan biridir. Bunun üçün artıq kifayət qədər elmi-statistik əsaslar da mövcuddur. Məsələn, "Gobal Resources Outlook" adlı hesabatın 2024-cü il nəşrinə əsasən, son 50 ildə resurslardan istifadə üç dəfə, təbii ehtiyatların hasilatı və istehsalı isə dörd dəfə artıb. Bu da qlobal karbon emissiyalarında 60 faizdən çox artıma səbəb olub. Bu statistika dairəvi iqtisadiyyatın əhəmiyyətini bir daha ortaya qoyur".

Y.Rəfiyev qeyd edib ki, iqlim müzakirələrində bəzi yanlış yanaşmalar var: "Enerji transformasiyası ilə bağlı müzakirələrdə bəzən mədən yanacağı istehsal edən ölkələr hədəf göstərilir. Halbuki statistik göstəricilər sübut edir ki, karbon emissiyalarının təxminən 45 faizi məhsul və qida zənciri, istehsal prosesləri ilə əlaqəlidir. Burada isə təkrar istehsal və tullantıların düzgün idarəolunması mühüm rol oynayır. Bütün bunlar texnologiya tələb edir və müasir texnologiyalara - süni intellektə, blokçeynə və digər vasitələrə əsaslanmalıdır".

Nazir müavini vurğulayıb ki, bu texnologiyaların əldə olunması üçün maddi vəsait və elmi baza zəruridir. Bu baxımdan, universitetlər və təhsil müəssisələri dəstək olmalı, imkanlar yaratmalıdır: "COP prosesi bizə bir çox dərslər öyrətdi. İqlim dəyişikliyi mövzusu siyasi baxımdan da ziddiyyətli bir məsələdir. Amma elmi əsaslara söykənən yanaşmalar danışıqlarda hər zaman ortaq məxrəcə gəlməyə kömək edir".

O, iqlim maliyyələşməsi və ədalətli keçid anlayışı ilə bağlı iki əsas prinsipi xatırladıb: "Tarixi məsuliyyət - sənayeləşməyə erkən başlayan dövlətlər qlobal emissiyalarda daha çox məsuliyyət daşıyır. İkincisi isə ümumi, lakin fərqləndirilmiş məsuliyyətdir. Bütün dövlətlər iqlim dəyişikliyinə qarşı məsuliyyət daşısalar da, onların maddi imkanları və başlama nöqtələri fərqlidir".

Y.Rəfiyev əlavə edib ki, bu yanaşma Bakıda qəbul olunan mühüm qərarlarda da əks olunub: "COP29 çərçivəsində qəbul edilən 300 milyard ABŞ dolları məbləğində illik maliyyələşmə qərarı tarixi əhəmiyyət daşıyır. Bu, 198 ölkənin konsensusu ilə qəbul olunub və BMT sistemində bu miqyasda razılaşma ilk dəfədir. Əvvəlki 100 milyardlıq hədəf isə yalnız deklarativ xarakter daşıyırdı və konkret mexanizmi yox idi".

Baş danışıqçı Azərbaycanın COP29 sədri olaraq göstərdiyi təşəbbüslərdən də danışıb: "Builki tədbirlər çərçivəsində 14 təşəbbüs irəli sürülüb, onlardan üçü enerji sektoruna, biri isə dairəvi iqtisadiyyat kontekstində metan qazı emissiyalarının azaldılmasına həsr olunub".(oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyun 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri