Icma.az
close
up
RU
Orkun Kökçü: “Qırmızı vərəqə mənə çox şey öyrətdi”

Orkun Kökçü: “Qırmızı vərəqə mənə çox şey öyrətdi”

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Fənərbaxça" ilə matçda birbaşa qırmızı vərəqə ilə cəzalandırılan "Beşiktaş"ın kapitanı Orkun Kökçü rəsmi sosial media hesabından açıqlama yayıb.

Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu hadisəyə görə təəssüf hissi keçirdiyini dilə gətirib:

"Son bir neçə gündə yaşananları öz içimdə dəyərləndirmək və özümə vaxt ayırmaq istədim. Beşiktaş formasını geyinmək sadəcə meydana çıxmaq demək deyil, milyonların məsuliyyətini daşımaq deməkdir. Baş verənlərdən sonra dərhal danışmaq yerinə, əvvəlcə düşünməyi üstün tutdum. Təəssüf ki, oyunun həyəcanı və emosiyası içində verdiyim qərar komandamızı çətin vəziyyətdə qoydu. Yaşanan hadisəyə görə təəssüf hissi keçirirəm. Amma eyni zamanda bilirəm ki, futbol kollektiv oyundur və nəticələr bir çox amilin birləşməsi ilə formalaşır. Həmin gün bizim üçün bəxtsizliklərin ard-arda gəldiyi bir qarşılaşma idi. Əlbəttə, danışılacaq çox məqam var, məsələn, o ana qədər meydanda necə üstün oyun sərgilədiyimiz. Bu da, əslində, istədiyimiz zaman nələrə qadir olduğumuzu göstərən güclü bir nüans idi. Bəzən çox istəmək, səhv etməyə səbəb ola bilir. Bu hadisə mənim üçün önəmli bir dərs oldu. Hamımız yaxşı bilirik ki, çətin bir dövrdən keçirik. Amma biz böyük bir ailəyik və problemlərimizi də bu ailənin içində birlikdə həll etməyi bacarırıq. Xaricdən gələn səslərə fikir vermədən yolumuza davam edəcəyik. Mən də baş verənlərdən nəticə çıxararaq komandama ən faydalı şəkildə qayıtmaq üçün əlimdən gələnin daha artığını edəcəyəm. Mənə dəstək olan, tənqid edən və bu komandanın böyüklüyünü bir daha hiss etdirən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" matçı "sarı-lacivərdlilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

ÇL: Haland tarixə düşüb PSJ-də ciddi itki Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ Terim Çexiya millisinin yeni baş məşqçisi olacaq Bellingem ÇL tarixinə düşüb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 Noyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri