Icma.az
close
up
RU
Vəfa Musayeva: Zirvəni özümə müəllim seçdim, çətin yolçuluqda mənə böyük dərslər öyrətdi

Vəfa Musayeva: Zirvəni özümə müəllim seçdim, çətin yolçuluqda mənə böyük dərslər öyrətdi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Bir ay oksigensiz, dayanmadan yol getmək həqiqətən insan üçün əziyyətlidir. Dağ elə bir yerdir ki, hava şəraitinə və bir çox səbəblərə görə zamanın məhduddur".

Bunu dünyanın ən hündür zirvəsi olan Everesti (8 848 m), ardınca planetin 4-cü yüksək zirvəsi sayılan Lhotzeni (8 516 m) fəth edən azərbaycanlı qadın alpinist Vəfa Musayeva "Report"a müsahibəsində deyib. O, Himalay dağında yerləşən zirvəyə yolçuluq zamanı yaşadığı çətinliklərdən, onu həvəsləndirən amillərdən danışıb.

- Everest və Lhotzeni fəth etdiniz. Hər iki zirvəyə yolçuluq necə keçdi?

- Çox çətin idi. Ümumiyyətlə, belə hündür zirvələrə dırmanmaq çətin olur. Bəlkə də Lhotzeyə çıxmaq Everestdən fərqli daha asan alındı. Çünki daha əvvəl Everestə çıxıb missiyamı tamamlamışdım. Lhotze əsas məqsədim deyildi. Qəribədir ki, Everestə çıxanda, növbəti 8000-dən hündür olan zirvəyə qalxacağıma və eyni anda hər iki zirvəni fəth edəcəyimə əminlik yaranmışdı. Hansı ki, biri dünyanın ən hündür, digəri dördüncü zirvəsidir. Lhotze ilə bağlı məndə əminlik var idi. Artıq düşünürdüm ki, zirvəyə çıxmışam. Sanki bir mesaj idi və yerinə yetirmək üçün çalışdım, sonda istəyimə çatdım.

- Ümumiyyətlə, dırmanma zamanı hansı çətinliklərlə qarşılaşdınız?

- Bu, bir aydan çox vaxt tələb edir. O deməkdir ki, sən hündürlükdə, oksigensiz yerdə yaşayacaqsan. Qidalanma, yuxu rejimi, hər şey alt-üst olacaq. Amma zirvəni görmək istəyirsənsə, bunlara dözəcəksən. Bir ay oksigensiz, dayanmadan yol getmək həqiqətən insan üçün əziyyətlidir. Dağ elə bir yerdir ki, hava şəraitinə və bir çox səbəblərə görə zamanın məhduddur. Artıq başqa bir şeyə vaxt ayıra bilmirsən, və sırf zirvəyə köklənirsən. Bu səbəbdən səndən hər gün səy göstərmək tələb olunur. Bu ən çətin olanıdır.

- Zirvələri fəth edəcəyinizə öncədən inamınız nə qədər idi?

- Bəlkə də ona görə çalışmalarım bəhrə verdi ki, bu zirvələrə öz xəyallarımda milyon dəfə çıxıb-düşmüşəm. Yolları təhlil etmişəm, necə gedəcəyimi, özümü hansı şəkildə aparmalı olduğumu planlaşdırmışam. Fikrimdə o qədər canlandırmışdım ki, Everestə çatanda elə bildim yenə xəyallardayam. Real olduğunu anlayandan sonra məndə emosional partlayış baş verdi. Hətta yanımdakı xarici vətəndaşdan soruşdum ki, "bu, Everestdir" (gülür)? O da əli ilə gözümün yaşını silib dedi ki, "bəli, bura Everestdir". Zirvəyə fiziki şəkildə çıxmadan öncə dəfələrlə mənəvi baxımdan oraya gedib-gəlirdim. Ona görə də Everest ekspedisiyasına yollananda zirvəni görəcəyimə əmin idim.

- Sizi dağlara dırmanmağa həvəsləndirən nə oldu? Çünki planetin ən hündür zirvəsinə çıxmaq heç də asan deyil.

- Bu sualın cavabını özüm də axtarıram. Uşaq vaxtı ətrafımdakılara hər kəsi başa düşdüyümü, amma zülmlə dağın başına qalxıb-enənləri anlamadığımı deyirdim. Baxmayaraq ki, təhsil işçisiyəm və tam fərqli sahənin adamıyam. Elə oldu ki, Everest mənim missiyama çevrildi. O zirvəyə çıxana qədər bütün hazırlıqlar, düşüncələr məni bir insan kimi yetişdirdi. Bir təhsil adamı kimi mənim üçün fərqli pəncərələr açdı. Yəqin ki, heç bir müəllimdən öyrənə bilməyəcəyim şeyi burada öyrəndim. Zirvəni özümə müəllim seçdim, çətin yolçuluqda mənə böyük dərslər öyrətdi.

- Everest planetin ən hündür zirvəsidir. Bundan sonra nəyi arzulayırsınız? Haraları fəth etmək niyyətindəsiniz?

- Everestdən hündür zirvə yoxdur. Daha əvvəl 2000, 3000, 5000, 6000 metrlik zirvələrə cəhd etmişdim. Nəhayət, 8000 metrlik zirvəyə də can atdım və məndə alındı. Bundan sonra hara getmək istəyimə gəlincə, yəqin ki, Everesti və Lhotzeni "həzm etmək" üçün mənə xeyli müddət lazım olacaq. Söhbət təkcə fiziki məsələlərdən getmir. Bunun mənə nə verdiyini, niyə bu yerlərə getdiyimi və nə üçün mənim missiyam olduğunu anlamalıyam. Niyə tamamilə başqa sahənin adamı ola-ola məhz bu iş üçün seçildim? Daha sonra haralara getmək barədə düşünəcəyəm. Dağ, yaxud yol məni çağıracaq, bilmirəm. Amma nəsə hərəkət, addım olacaq. Çünki mənim üçün hərəkət həyatdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri