Icma.az
close
up
RU
COP tarixində ilk: Rəqəmsallaşma Günü

COP tarixində ilk: Rəqəmsallaşma Günü

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

16 noyabr COP29-da Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü olacaq. COP tarixində Rəqəmsallaşma Gününün təşkili ilk dəfədir. Bu, rəqəmsal inkişaf yolu seçmiş, müasir innovasiya məkanının formalaşdırılmasını milli prioritet elan etmiş Azərbaycanın – COP29 Sədrliyinin təşəbbüsü ilə proqrama daxil edilib.

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır. Lakin onun enerji istehlakı və elektron tullantılar kimi mənfi tərəfləri də var.

İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaltmaqla tərəfləri davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyətə təşviq edəcək.

Yaşıl Rəqəmsal Fəaliyyət

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə təşkil edəcək.

Tədbirdə rəqəmsal texnologiyaların iqlim fəaliyyətini necə dəyişdirə biləcəyi araşdırılacaq.

Dəyirmi masada rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və uyğunlaşmanın gücləndirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması məsələləri müzakirə olunacaq.

Eyni zamanda davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi, rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılacaq.

Dəyirmi masanın yekununda Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsi, İKT sektorunda emissiyaların azaldılması və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.

Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır. Maraqlı tərəflər Bəyannaməyə qoşulmaq üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərlər.

Nəqliyyat Günü

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçısı olduğu digər tədbirlər noyabrın 20-də – Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində olacaq.

Həmin gün nəqliyyatın iqlim dəyişikliklərinə təsiri və iqlim fəaliyyətində rolu nəzərdən keçiriləcək.

Dünyada CO2 emissiyalarının 23%-i nəqliyyat sektorunun payına düşür. 1990-cı ildən bəri emissiyaların ən sürətli artım tempi məhz nəqliyyat və sənaye sektorunda müşahidə olunur. Vəziyyət indiki kimi davam edərsə, nəqliyyat sektorunda emissiyaların 2050-ci ilə qədər ikiqat artacağı proqnozlaşdırılır.

Emissiyaların azaldılması ilə yanaşı, nəqliyyat sektorunun yaşıllaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində vacib rol oynayır.

Yaşıl şəhər nəqliyyatı

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçirilən tədbirlərdən biri “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası olacaq.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu tədbiri Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil edəcək.

Tədbir şəhər nəqliyyatının yaşıllaşdırılması mövzusunun dərindən araşdırılması məqsədi daşıyır.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası ilə bağlı strategiyaların hazırlanması gözlənilir.

Tədbir şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün hökumətlər və maraqlı tərəfləri daha sıx əməkdaşlığa təşviq edəcək.

Dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün şəhərlərin kompakt və çox məqsədli inkişafı, eyni zamanda ictimai nəqliyyatın elektrikləşdirilməsi, elektrik mühərrikli avtobusların istismarı, metro və ya tramvay xidmətlərinin genişləndirilməsi tələb olunur. Təhlükəsiz piyada yolu və velosiped marşrutları, elektrik mühərrikli avtobuslar üçün enerjidoldurma infrastrukturu və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi bu istiqamətdə fəaliyyətin mərkəzində dayanır.

Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), həmçinin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).

Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son nailiyyətlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nazirləri, qurum rəhbərləri iştirak edəcəklər.

Dəyirmi masada yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri müzakirə olunacaq. Həmçinin innovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.

Beynəlxalq aviasiya və iqlim dəyişikliyi

Noyabrın 20-də Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi panel müzakirəsini Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə birgə təşkil edəcək.

Tədbirdə nazirlər, hökumət rəsmiləri, sənaye liderləri və maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər barədə diskussiya aparacaqlar.

Beynəlxalq aviasiya sektoru qlobal CO2 emissiyalarında təxminən 2% paya malikdir. Bu rəqəm digər sahələrlə müqayisədə az olsa da, yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Tədbirdə 2050-ci ilədək mülki aviasiyanın “Xalis Sıfır” emissiya məqsədinə çatmaq üçün ICAO-ya üzv dövlətlər və aviasiya sənayesinin digər maraqlı tərəflər və maliyyə birliyi ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.

Eyni zamanda bununla bağlı sənaye, hökumətlər və beynəlxalq təşkilatlar üçün prioritetlər, ehtiyac duyulan beynəlxalq siyasət və çərçivələr barədə fikir mübadiləsi aparılacaq.

Gözlənilən odur ki, Bakıda keçirilən COP29 tədbiri iqlim böhranının aradan qaldırılması ilə bağlı dəyərli irsi davam etdirəcək. Eyni zamanda bu prosesə yeni, əhəmiyyətli töhfələr verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see482

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see353

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see352

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see334

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see333

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see330

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see305

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see301

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see294

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see289

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see288

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see283

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see278

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see269

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see246

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see234

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see222

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri