Icma.az
close
up
RU
COP29 Azərbaycana etibar edilmiş ən məsuliyyətli tədbirlərdən biri idi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

COP29 Azərbaycana etibar edilmiş ən məsuliyyətli tədbirlərdən biri idi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan bir çox qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edib ki, onlardan biri də COP29-dur. COP29 kimi bir layihənin ev sahibliyinin Azərbaycana etibar edilməsi rəsmi Bakıya dünya səviyyəsində göstərilən etimadın göstəricisidir. 1 ildən az müddətdə COP kimi qlobal layihəyə bütün hazırlıqların görülməsi və 80 dövlət və hökumət başçısının, 76 mindən çox tədbir iştirakçısının ölkəmizdə ağırlanması, onların BAKI COP-nun təşkili ilə bağlı müsbət rəylərinin alınması özlüyündə böyük bir uğurdur. "Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan yalnız inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin deyil, eyni zamanda kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin də marağını ön plana çəkərək, onlara iqlim dəyişilməsi ilə mübarizədə yardımın vacib olduğunu vurğulayıb. Bu da Azərbaycanın qütbləşən dünyada insan faktorunu əsas tutduğunu, dolayısı ilə humanizm prinsiplərinə sadiq qaldığını göstərir. Bu göstəricinin bir nümunəsi də Azərbaycanın COP29-da müstəmləkə  idarəçiliyində olub ekoloji problemlərdən daha çox əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirməsidir. 

COP29-da qazanılan uğurlardan bir çoxlarının öncədən ehtimal belə vermədiyi naliyyətlərdir. Bunlardan biri karbon bazarlarına dair 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsidirsə, digəri Bakının COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlimlə mübarizədə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv  Kəmiyyət Məqsədinin (NCQG) vasitəçisi olmasıdır.

Bakı Maliyyə Məqsədi 2035-ci ilə kimi  inkişaf etməkdə olan ölkələrə 1.3 trilyon ABŞ dolları  həcmində  iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəflər müəyyən edir. Əgər əvvəl inkişaf etməkdə olan ölkələrə maliyyə dəsdəyi 100 milyard həcmində nəzərdə tutulurdusa, Azərbaycan öz siyasi əlaqələri və yüksək diplomatiyası sayəsindən bu göstəricinin üç dəfə artırılmasına, yəni 300 milyard ABŞ dollarına çatdırılmasına nail oldu. 

COP29-un növbəti nailiyyəti  BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən müzakirələrə də son qoymasıdır. Belə ki, müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir. 

COP29 ilkin qlobal müzakirələrin nəticələrini müsbət istiqamətdə daha da böyüdərək Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına nail oldu. Azərbaycan qlobal iqlim maliyyəsinin  öncəkindən üç dəfə daha çox artırılması üçün donor ölkələri mümkün qədər təşviq edib ki, bu da rəsmi Bakının siyasi iradəsinin göstəricisidir. Bununla Azərbaycan qlobal maliyyə strukturunu həmişəlik dəyişdirib.  

Danışıqlar aparmış prioritetlərin balanslaşdırılmış paketinin təqdim edilməsi ilə birgə, COP29 Sədrliyinin Fəaliyyət gündəliyi daha geniş qrup maraqlı tərəfləri qlobal iqlim fəaliyyətinə töhfə verməyə çağırıb. Bu təşəbbüslər bütün maraqlı tərəflərlərin birgə məsləhəti əsasında inklüziv və şəffaf şəkildə hazırlanıb. Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar gətirir. Rəsmi Bakı maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək məqsədi ilə BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını və iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirib. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan edib. 

Azərbaycan 150 tərəfin təsdiq etdiyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim edib. Bundan başqa 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü karbon emissiyalarını azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiq edib. Eləcədə 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edilib. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edilib və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradılıb. Həmçinin iqlim gündəliyinə sağlamlıq məsələləri də daxil edilib və COP konfranslarında sağlamlıq məsələləri də əsas element kimi qeyd edilib. 

COP29-da həmçinin üzvi tullantılarda Metan qazının azaldılamasına dair bəyanat da təsdiqlənib. Belə ki, metan emissiyalarının 51%-ni təşkil edən 50-dən çox ölkə, o cümlədən ən böyük 10 üzvi tullantı metan emissiyasına malik ölkələrdən 8-i sektorial hədəflər daxil edərək bu bəyanatı təsdiqləyib. 

Dəyişən iqlimlə mübarizə həmçinin fermerlərin də inkişafını təmin etmək məqsədi daşıyır, onların maliyyə çıxışına əlçatanlığını hədəfləyir. İqlim dəyişilməsi ilə əlaqədar su hövzələrinin çirklənməsi və su ilə bağlı ekosistemlərə mənfi təsirlərin olunmasına qarşı "İqlim fəaliyyəti naminə COP29 Bəyannaməsi” 50 ölkə tərəfindən dəsdəklənib. Bütün sadalananlar  onu göstərir ki, iki həftə ərzində böyük irəliləyişlərə nail olunub. 

Bu konfransda həmçinin Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı yaradılıb. 

İqlim dəyişilmələri ilə bağlı mübarizədə konkret maliyyə dəstəyi göstərəcəyini ifadə edən dövlətlər də olub. Böyük Britaniya hökuməti, meşəçilik və meşə karbon bazarlarının inkişafına dəstək, dayanıqlı meşə müəssisələri üçün qarışıq maliyyə və UNFCCC-nin ölkələrə meşələri qorumağa kömək etməsi üçün 299 milyon ABŞ dolları vəd edib. 

Azərbaycanın uğurlu nailiyyətini görüb ona laqeyd qalmayan ölkələr də olub. Belə ki, ABŞ prezidenti Cozef Bayden Azərbaycanın COP29 Sədrliyindəki uğurlu nailiyyəti münasibəti ilə  təbrik məktubu göndərib. 

Sonda onu qeyd edək ki, COP29 forumu Azərbaycana etimad edilmiş ən məsuliyyətli tədbirlərdən biri idi. Çünki burada məzmunu maliyyə yardımı olan fərqli maraqların ortaq müstəviyə və fikrə gətirilməsi konteksti müzakirə olunurdu və Azərbaycanın missiyası bu fərqli fikirləri ortaq nöqtəyə gətirmək idi. COP29 Sədrliyi bundan daha artığına nail oldu.

Səhər Orucova

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see329

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see174

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see112

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri