Icma.az
close
up
RU
COP29 Azərbaycanı dünyaya yaxından və əhatəli tanıdır

COP29 Azərbaycanı dünyaya yaxından və əhatəli tanıdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konfrans iştirakçıları və turistlərin yekdil qənaəti belədir

Bakıda uğurla davam edən COP29 dünyanın diqqət mərkəzindədir. Tədbir iştirakçıları, turistlər hesab edirlər ki, planetin gələcəyi üçün mühüm əhəmiyyət daşıyan bu qlobal tədbir ölkələr, insanlar arasında sıx əlaqələrin qurulması baxımından da xüsusilə önəm daşıyır. Onlar həm COP29 layihəsi çərçivəsində Azərbaycana səfər etmələrindən, paytaxt Bakıda müşahidə etdikləri inkişaf və tərəqqidən məmnun qaldıqlarını dilə gətirdilər.

Vyetnamlı Van Kha Bakıya ilk dəfədir gəlib. Ötən həftə şəhərimizin görməli yerləri ilə tanışlıq qonaqda gözəl təəssüratlar oyadıb:

– Bakı böyük elmi-mədəni və sənaye mərkəzidir. Düşünürdüm ki, qədim şəhər görəcəyəm. Hündür mərtəbəli binalar, müasir görkəmli parklar çox xoşuma gəldi. Yeniliklərin çox olması onu göstərir ki, son illər Azərbaycanda böyük inkişaf gedir. İdman arenaları ilə, bu sahədəki modern infrastrukturla tanışlıq məmnunluq yaratdı. Azərbaycan, həm də idman ölkəsidir. Bilirəm ki, ölkənizdə çoxlu idman yarışları keçirilir.

Biz bilirik ki, böyük şəhərlərdə havanın çirklənməsi, nəqliyyatın hərəkəti, tullantılar və digər amillər iqlim dəyişikliyinə təsir edir. Su çatışmazlığı xüsusilə qlobal problemdir. Yay mövsümündə suyun azalması, bəzən kifayət qədər yağışın yağmaması böhrana gətirib çıxarır. Kənd təsərrüfatı ilə məşğul olan insanlar iqlim dəyişikliyindən, xüsusən su qıtlığından əziyyət çəkirlər. İnanırıq ki, Bakıda təşkil edilən bu mötəbər tədbirə qatılan hər bir iştirakçı dünyanı narahat edən qlobal problemin həllinə öz töhfəsini verəcək.

Anadou Habib Sam Seneqalda yaşayır. Neft-qaz sektorunda çalışır. O, iqlim dəyişikliyi probleminin dünyada bütün insanlar üçün narahatlıq törətdiyini bildirdi:

– Bakıda təşkil edilən COP29 dünyanın demək olar ki, bütün dövlətlərini bir araya gətirib. İnsanların müasir zamanda istehsalın ekologiya və iqlimə təsiri barədə daha çox məlumata ehtiyacları var.

Azərbaycanda olduğum müddətdə başa düşdüm ki, xalqınız təbiətlə iç-içə yaşamağı sevir. Yaşıllıqlara böyük önəm verirsiniz. Parkları, xiyabanları gəzərkən bunu başa düşmək olar. Havanın çirklənməsi məsələlərinə də böyük diqqət göstərilir. Azərbaycanda yeni yaradılan müəssisələrlə bağlı məlumatlar əldə etdim. Öyrəndim ki, ekoloji tələblərə cavab verən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunmasına töhfələrini verir.

Muhammad Tahir Shabbir Pakistanın Lahor şəhərindəndir. O, Lahorun dünyada insanların ən sıx yerləşdiyi meqapolislərdən biri olduğunu dedi. Əvvəllər “bağlar şəhəri” kimi tanınıb, son onilliklərdə yaşıl örtüyünün 75 faizini itirib. Ağacların və yaşıl sahələrin yox olması ilə yanaşı, avtomobillərin zəhərli tüstüləri, tikinti sahələrindən çıxan tozlar, fabriklərin havanı çirkləndirən tullantıları şəhəri dəhşətli çirklənmə ilə üz-üzə qoyub.

Bakıda COP29 bütün dünya üçün müstəsna əhəmiyyət daşıyır. Bu ay bütün ölkələr həmrəy şəkildə gələcəyin “təmiz dünya”sını qurmaqla bağlı tədbirlər görürlər. “Yaşıl gələcək” naminə bütün səylər birləşdirilir. COP-un da şüarı məhz yaşıl dünya ilə həmrəylikdir. Ümid edirik ki, gənc nəsil gələcəkdə yaşıl dünyada yaşayacaq.

Pakistanlı qonaq Bakıda olduğu müddətdə Heydər Əliyev Mərkəzində bir sıra sərgilərdə olduğunu bildirdi, İçərişəhərin öz qədimliyi ilə onun diqqətini çəkdiyini söylədi.

Jamsheer Sajna hindistanlıdır. Bir həftədir ki, həyat yoldaşı Jamsheer və oğlu Muhammedlə Bakıdadır. İlk dəfədir Azərbaycana gəlib. Onun paytaxtımız, bütövlükdə tədbir barədə təəssüratları maraqlıdır:

– Bakı dünya miqyasında əhəmiyyətli bir tədbirə evsahibliyi edir. COP29 möhtəşəm hadisədir, Azərbaycan üçün böyük qürurdur. Bu günlər Azərbaycanın paytaxtı qlobal iqlim dəyişikliyi məsələlərinə dair müzakirələrin mərkəzinə çevrilib. Bakının COP29-a evsahibliyi etməsi şəhərin və ölkənin beynəlxalq arenada daha da güclənməsinə və iqlim dəyişikliyi sahəsindəki mübarizəyə töhfə verməsinə səbəb olacaq.

Biz bu gözəl şəhəri qədim tarixini və mədəni irsini müasir memarlıqla birləşdirən dinamik şəhər olaraq tanıyırıq. Bu müasirlik və tarixi zənginlik Bakının COP29 üçün ideal bir məkan olduğunu göstərir. Bundan əlavə, Azərbaycan son illərdə ekoloji və davamlı inkişaf sahəsində bir sıra mühüm təşəbbüslər həyata keçirib. Xüsusilə, təbii ehtiyatların səmərəli istifadəsi, bərpaolunan enerji və karbon emissiyalarının azaldılması ilə bağlı ölkənin apardığı siyasət paytaxtınızın iqlim dəyişiklikləri ilə mübarizədəki qlobal liderliyini daha da artırır.

Ole Rydahl Svensson Danimarkadandır. COP29-da iştirak emək üçün ölkəmizə gəlib. O, COP29-un dünya ölkələrinin nümayəndələrinin, eləcə də elm adamlarının, qeyri-hökumət təşkilatlarının və digər maraqlı tərəflərin iqlim dəyişikliyi mövzusunda fikir mübadiləsi apardıqları ən böyük beynəlxalq forumlardan biri olduğunu dedi:

– Bu konfrans möhtəşəm təşkil olunub. Dünya miqyasında artan iqlim böhranına qarşı yeni strategiyalar inkişaf etdirmək, karbon emissiyalarını azaltmaq və ekosistemlərin qorunmasına dair konkret tədbirlər görmək məqsədini güdür. Bu cür tədbirlər ölkələr arasında əməkdaşlıq və həmrəylik yaradır. Azərbaycan son illərdə bərpa olunan enerji sahəsində mühüm layihələr həyata keçirib və xüsusilə günəş enerjisi ilə bağlı yeni təşəbbüslər irəli sürüb. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki ciddi məqsədlərini və müasir enerjiyə olan marağını göstərir. Bu mənada Bakı, həmçinin, bir çox beynəlxalq təşkilatların və ekoloji təşəbbüslərin mərkəzlərindən birinə çevrilib. Şəhəriniz ekoloji və mədəniyyət turizmi ilə məşhurdur və bu, COP29-un keçirilməsi üçün əlavə bir üstünlük təşkil edir.

Dənizkənarı Bulvar, Ağ Şəhəri gəzmişəm. Qız Qalası, Dağüstü Park məndə xoş təəssürat yaratdı. Qarşıdakı 3 gün ərzində ümid edirəm ki, “küləklər şəhəri”ni başdan-başa gəzəcəyəm.

Denis Krylov Rusiyadandır. O, COP29-un yalnız dövlət və mütəxəssislər üçün deyil, eyni zamanda turistlər üçün də unikal bir fürsət təqdim etdiyini bildirdi:

– Bakı həm mədəniyyət, həm də müasir texnologiyanın və ekoloji irsin birləşdiyi bir şəhərdir. Paytaxtınızda qüsursuz memarlığı, möhtəşəm tarixi abidələri kəşf etməklə yanaşı, şəhərin ekoloji təşəbbüsləri haqqında da məlumat əldə etmişəm. Mən burada COP29 sayəsində beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizə sahəsində atılan addımlara şahidlik etdim.

COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda davamlı inkişaf sahəsindəki öhdəliklərini bir daha təsdiq etdi. Azərbaycan COP29 vasitəsilə yalnız ekoloji tərəfdaşlıq və mübarizə sahəsindəki irəliləyişləri deyil, həm də yeni ideyalar, texnologiyalar və bərpa olunan enerji layihələri ilə bağlı qlobal müzakirələri öz mərkəzinə çevirəcək. Bir sözlə, COP29 bizə Azərbaycan xalqını, gözəl Bakını, bu şəhərin qonaqpərvər sakinlərini yaxından tanıdaraq sevdirdi.

Leyla QURBANOVA,
Vüsalə ƏLİYEVA,
Rizvan FİKRƏTOĞLU,
Cavid QAÇAYEV (foto)
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri