Icma.az
close
up
RU
COP29: Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbir keçirilib

COP29: Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbir keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakı Təşəbbüs Qrupu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilən konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilən “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbirdə vaxtı ilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Kenya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.

Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib. Tədbirdə iştirak edən afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, həmin dövlətlərin müstəmləkəçi siyasətini davam etdirməsindən danışıblar və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd etmələrini pisləyiblər. Xüsusilə də, Fransa dövlətinin müstəmləkə siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduğunu vurğulayıblar. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübut olunmalı olduğunu vurğulayan natiqlər dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Tədbirdə hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizə edilməsinin vacibliyi bildirilib.

Natiqlər, həmçinin, müstəmləkəçiliyin Afrikada dərin iz buraxdığnı, onun təsirlərinin bu gün də hiss olunduğundan söz açıblar. Qeyd ediblər ki, qitənin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişikliyidir. Müstəmləkə keçmişi ilə Afrikada mövcud iqlim böhranı arasındakı əlaqələr çoxşaxəlidir və ətraflı təhlil tələb edir. Bildirilib ki, müstəmləkəçi güclər Afrika ölkələrini xammal və ucuz işçi qüvvəsi tədarükçülərinə çevirərək, yerli sənaye və kənd təsərrüfatının inkişafını boğublar. Bu siyasət müstəmləkə altında olmuş və olan ölkələrin iqtisadiyyatlarını ixracdan yüksək dərəcədə asılı və xarici şoklara, habelə iqlim dəyişikliyinə qarşı həssas edib. Müstəmləkəçilərin monokulturalar və meşələrin qırılması kimi qeyri-davamlı torpaq idarəetmə təcrübələrindən istifadə etməsi torpağın deqradasiyasına və münbitliyin azalmasına səbəb olur. Bu da öz növbəsində Afrika ölkələrinin quraqlıq və digər ekstremal hava hadisələri qarşısında həssaslığını artırıb. Bir çox Afrika ölkələri neftin və qazın böyük ixracatçılarına çevrilərək, qalıq yanacaqlardan asılılığını artırır və bərpaolunan enerji mənbələrinə keçidi ləngidir. İqlim dəyişikliyi kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə və ümumi iqtisadiyyata mənfi təsir göstərən daha tez-tez və intensiv quraqlıq və daşqınlara səbəb olur. Dəniz səviyyəsinin artması, xəstəliklərin yayılması, miqrasiya kimi problemlər doğurur.

Qeyd edək ki, BTQ-nin bu tədbiri Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində təşkil edilib.

Tədbir çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini əks etdirən video nümayiş olunub. Tədbir yerində Fransanın Afrika ölkələrində keçirdiyi nüvə sınağının mənfi nəticələrini əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Fransanın apardığı nüvə sınaqlarının ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və davamlı mənfi nəticələr göstərdiyi nümayiş olunub. Soyuq Müharibə və Fransanın müstəqil nüvə gücü əldə etmək istəyi fonunda bu sınaqların həyata keçirildiyi bölgələrdə zəhərli miras qoyduğu vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see274

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see137

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri