Icma.az
close
up
RU
“COP29 böyük uğurla keçir” Mixail Qusman Yeni Sabah

“COP29 böyük uğurla keçir” Mixail Qusman Yeni Sabah

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mən Dubayda COP28-də olmuşam. Biləndə ki, Azərbaycan yekdilliklə növbəti COP29 konfransının keçiriləcəyi məkan kimi seçilib, bir tərəfdən, təbii ki, hədsiz sevindim, digər tərəfdən isə narahat olmağa başladım. Çünki başa düşürdüm ki, belə bir tədbiri təşkil etmək üçün Azərbaycanda ən müxtəlif nazirliklərdə və idarələrdə olan dostlarım və həmkarlarım böyük iş görməli olacaqlar".

Bu barədə AZƏRTAC-a müsahibəsində "TASS" agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"Düzdür, bundan əvvəl Azərbaycanda çoxlu müxtəlif genişformatlı tədbirlər keçirilib, lakin indiyədək belə bir böyük tədbir təşkil olunmayıb. Bir düşünün - 70 mindən çox iştirakçı, onlarla dövlət başçısı!.. Mən bu cür fantastik hazırlığa görə bütün təşkilat komitəsinə, bu təşkilat komitəsinin müxtəlif bölmələrinin rəhbərlərinə ehtiramımı bildirirəm", - deyə M.Qusman qeyd edib.

O, COP29 məkanının uğurlu seçildiyini vurğulayaraq deyib: "Deməliyəm ki, birincisi, mənə elə gəlir ki, Bakı Stadionunun bütün konfransların mərkəzi kimi seçilməsi çox müdrik qərar idi. O, təbii olaraq transformasiya olunmuş və Dövlət Başçıları Sammitindən tutmuş jurnalistlərin işinə qədər bütün tədbirlərin keçirilməsi üçün ideal, əlverişli məkana çevrilib. Bütün bunlar çox yığcam və rahatdır. İkincisi, bu, şəhəri həddindən artıq yükdən azad etdi. Axı çoxları şübhə ilə yanaşırdı - hər kəs necə hərəkət edəcək? Hər şey normaldır, hər şey işləyir. Hər şey burada cəmləşib. İdeal şəraitdir. Mən onlarla həmkarım və jurnalistlə, rəsmilərlə, hətta rəhbərlərlə danışdım. Hər kəs, sadəcə, heyrandır. Bu, əlbəttə ki, hər şeyin ən xırda detallarına qədər düşünülmüş olduğundan xəbər verir. Bilirəm ki, bütün bunlar Azərbaycan Prezidentinin sözün əsl mənasında, gündəlik nəzarəti altında baş verib.

Mən gecə-gündüz COP29-la bağlı hazırlıq işləri ilə məşğul olan insanları birbaşa tanıyıram. Deməliyəm ki, onlar bu tədbirin uğurlu keçməsini təmin etmək üçün canlarını, intellektlərini qoyublar. Nəticələr də dərhal göründü. Düşünürəm ki, burada müzakirə olunan mövzu da bütün bəşəriyyət üçün ən vacib mövzudur. Bu, əlbəttə ki, dramatik iqlim dəyişiklikləri ilə mübarizədə dünyanın səylərini birləşdirməsinin təmin edilməsində böyük rol oynayacaq.

Mənim üçün çox ağrılı olan və hər kəsi narahat etməli olan ən vacib mövzulardan biri Xəzər dənizinin dayazlaşmasıdır. Bu, mənim üçün sadəcə olaraq ürək ağrısı, iztirabdır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev xüsusi olaraq bu məsələyə diqqət çəkib, müvafiq tapşırıqlar verilib.

Müzakirə olunan problemlər bir aya, hətta bir ilə də həll edilə bilməz, amma əsas odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi qlobal həmrəylik, yaşıl dünya uğrunda mübarizədə ümumi səy göstəriləcək. Düşünürəm ki, bu baxımdan artıq bu gün konfransın çox böyük uğurla keçdiyini demək olar".

M.Qusman əlavə edib ki, o, Rusiya ilə Azərbaycanın fikir ayrılığının olacağı və ya səylərini birləşdirə bilməyəcəyi bir dənə də mövzu bilmir. "Qlobal problemlər, iqlim, ekologiya ilə bağlı hər şey Azərbaycan və Rusiyanı eyni dərəcədə narahat edir. Təbii ki, Rusiya böyük dövlətdir, burada həm də şimal problemləri də var və s. Azərbaycan üçün bu, dediyim kimi, Xəzərin problemidir. Lakin burada qarşılıqlı yardım çox böyük əhəmiyyət kəsb edir", - deyə M.Qusman sözünü yekunlaşdırıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri