Icma.az
close
up
RU
COP29 bütün böhtan və qarayaxma kampaniyalarına rəğmən yüksək səviyyədə təşkil olunub Deputat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

COP29 bütün böhtan və qarayaxma kampaniyalarına rəğmən yüksək səviyyədə təşkil olunub Deputat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"COP29-un Azərbaycanda keçirilməsinin və yüksək səviyyədə təşkil olunması faktının özü belə ölkəmizin iqlim dəyişkliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsi kimi qiymətləndirilməlidir və bu amil, dövlətimizin beynəlxalq hüququn müstəqil subyekti kimi ümumbəşəri problemlərin müzakirəsinə və həllinə xidmət edən qlobal məsuliyyətini nümunə ola biləcək anlamda dərk etdiyini göstərir. Şübhəsiz ki, bu məqam çağdaş siyasi reallıqlar kontekstindən dəyərləndiriləndə, mühüm və tarixi əhəmiyyətə malikdir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP-u boykot edən dairələrə sərt mesaj göndərərək onları bu əməllərindən əl çəkməyə çağırmasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, 90-a yaxın dövlət və hökumət başçısının ölkəmizə gəlişi dövlətimizin qlobal siyasi nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir:

"Ölkəmizə qarşı anti-Azərbaycan dairələrinin apardığı böhtan və qarayaxma kampaniyalarına, total dezinformasiya təxribatlarına rəğmən 90-a yaxın dövlət və hökumət başçısının ölkəmizə gəlişi, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasına, ümumilikdə 190 ölkədən 72 mindən artıq nümayəndənin qatılması dövlətimizin qlobal siyasi nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. 

COP29 həm təşkilatçılıq, həm müzakirə olunan məsələlərin geniş və qarşılıqlı faydalı spektri, həm də, artıq ölçülə bilən nəticələrinə görə, o qədər yüksək standart müəyyənləşdirib ki, sözügedən tədbirə bundan sonra ev sahibliyi edən ölkələr üçün yeni və daha üst meyarlara imza atmaq heç də asan olmayacaq. 

Bütün bunlar COP29-un uğursuzluğa düçar olması üçün informasiya təxribatları törədən, misli görünməmiş siyasi riyakarlıq nümayiş etdirən, dezinformasiya, yalan və qarayaxma "istehsalı” üzrə bütün rekordları üstələyən xarici böhtançıların və onların ənənəvi nüfuz müvəkkillərinin arzularının puç olduğunu, planlarının iflasa uğradığını sübuta yetirir. Azərbaycan isə COP29-un təşkilində, hər zaman olduğu kimi yüksək peşəkarlıq, qonaqpərvərlik nümayiş etdirməklə, özünün növbəti uğur hekayəsinə imza atır".

Parlament nümayəndəsi bildirib ki, bəzi Qərb media təsisatları Azərbaycana qarşı geosiyasi təzyiq aləti kimi istifadə olunan şəbəkələr üzərindən də böhtan və qarayaxma kampaniyaları aparır:

"Azərbaycana qarşı bəzi Qərb ölkələrinin media təsisatları, həmçinin əslində hibrid informasiya savaşının elementi və geosiyasi təzyiq aləti kimi istifadə olunan şəbəkələr üzərindən də böhtan və qarayaxma kampaniyaları aparılır. Saxta hesablar yaratmaqla təxribat şəbəkəsi elementlərinin sayının çoxaldılması isə xüsusi proqramlar əsasında həyata keçirilir ki, bu da prosesin xarici xüsusi xidmət orqanlarının əli ilə reallaşdırıldığını, həmçinin vahid mərkəzdən idarə olunduğunu sübuta yetirir. 

Təbliğat-təxribat kampaniyalarının bütün iştirakçıları tutuquşu kimi Azərbaycanın yeni qaz yataqlarının kəşfinə və istismarına sərmayə yatırdığını bildirir və qeyd edirlər ki, ətraf mühitin qorunması ilə enerji sektorunun inkişafı istiqamətində atılan addımlar bir-birinə ziddir. Halbuki, qeyd olunanlar bəzi Qərb dövlətlərinin özlərinə aiddir. Təkcə Norveçin 2024-cü ildə neft və qaz sektoruna yatırdığı sərmayənin həcmi 23,4 milyard ABŞ dolları təşkil edir. 2025-ci ildə isə Norveç hökuməti etni sektora 22,5 milyard vəsait yatırmağı planlaşdırır. Həmçinin Birləşmiş Ştatların öz ərazisində, eləcə də digər ölkələrdə sıxılmış qazın istehsalına yatırdığı sərmayələrin miqyasını Azərbaycanla müqayisə etmək belə mümkün deyil. 2022-ci ildən başlayan və 2027-ci ilə qədər davam edəcək layihənin büdcəsi 800 milyard ABŞ dolları təşkil edir. Amma bəlli olduğu kimi, bu ölkələrin adlarını kimsə çəkmir”. Qərb Rusiya ilə açıq-aşkar savaşda olduğuna baxmayaraq, cari il ərzində bu ölkədən təbii qaz alışını 24 faiz artırıb və yenə də bu istiqamətdə addımlar atmaq niyyətindədir. Eyni zamanda, Avropa İttifaqının təbii qaza olan ehtiyacını ödəmək və eyni mənbədən asılılığını azaltmaq üçün "döymədiyi qapı” yoxdur”.

Mənzərə göz qabağındadır. Əgər təbii qaz bu qədər pisdirsə, qoy Qərb ölkələri ondan tamamilə imtina etsinlər, yaxud Norveçin və digər ölkələrin neft və qaz sektoruna on milyardlarla dollarla ölçülən investisiyalarını pisləsinlər. Bunlarda nəinki ədalət və ləyaqət hissi, hətta adi, bəsit məntiq belə yoxdur və total şəkildə beynəlxalq ictimai rəyin "gözünə” kül üfürməklə nəticə əldə edəcəklərini düşünürlər. COP29 bütün böhtan və qarayaxma kampaniyalarına rəğmən yüksək səviyyədə təşkil olunub və iqlim dəyişiklikləri ilə mübarizəyə yeni töhfələr verəcək".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Noyabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri