COP29 çərçivəsində “Bakı Ağ Şəhər iqlim fəaliyyətinə dair tövsiyələr” adlı təqdimat olub AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 15 noyabr, AZƏRTAC
COP29 çərçivəsində “Bakı Ağ Şəhər - iqlim fəaliyyətinə dair tövsiyələr” adlı təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tikinti mühiti üzrə ekspert və “Grimshaw” şirkətinin Davamlılıq departamentinin rəhbəri Paul Toynenin məruzəçiliyi ilə keçirilən təqdimatda Bakı Ağ Şəhərinin baş planında tətbiq olunan yüksək səviyyəli dizayn strategiyaları üzrə şirkət tərəfindən aparılan son araşdırmalar təqdim olunub.
Təqdimat zamanı Bakı Ağ Şəhərinin baş planında istifadə olunan davamlılıq yanaşmaları və iqlim dəyişikliyinə uyğunlaşma üçün nəzərdə tutulan tədbirlər müzakirə edilib. Paul Toyne qeyd edib ki, layihə çərçivəsində yaşıl sahələrin genişləndirilməsi, enerji effektivliyi texnologiyalarının tətbiqi və az karbon emissiyalı tikinti materiallarından istifadə kimi strategiyalar layihədə prioritet təşkil edir. O, həmçinin vurğulayıb ki, Bakı Ağ Şəhəri layihəsi iqlim fəaliyyətinə yönəlmiş innovativ yanaşmaları ilə digər şəhər inkişaf layihələri üçün nümunəvidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 Noyabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















