Icma.az
close
up
RU
COP29 çərçivəsində Bakı Bəyannaməsi imzalandı

COP29 çərçivəsində Bakı Bəyannaməsi imzalandı

Icma.az, Manset portalına istinadən məlumat verir.

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masası keçirilib.

Manset.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, dəyirmi masa şəhərlərin iqlim fəaliyyəti üzrə ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoq, innovativ yanaşma və və maliyyə həllərinin tətbiqinə nail olmaq məqsədilə təşkil olunub. Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumlarının, SPECA ölkələrinin, BMT-nin, vəbeynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Drakinos və Bankın Yaşıl Şəhərlər Proqramının rəhbəri Lin Oqreydi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov açılış nitqi ilə çıxış edərək, SPECA çərçivəsində iqlim məsələləri ilə bağlı səmərəli əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində panel sessiyalarda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Asiya İnfrastruktur İnvestisiya Bankının, Asiya İnkişaf Bankının və BMT-nin Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri SPECA çərçivəsində ölkələrin və şəhərlərin iqlim məsələləri ilə bağlı tərəfdaşlıq təşəbbüslərinin önəmini qeyd ediblər. Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. SPECA ölkələrinin müvafiq şəhərlərinin bu mühüm təşəbbüslə çıxış etməsi iqlim sahəsində həllərin işlənib hazırlanması və həyata keçirilməsi üçün vacibdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tacikistanın Düşənbə şəhəri sədrinin birinci müavini Cəmşid Tabarzoda SPECA İqlim Şəhərləri Forumunun bütün iştirakçı şəhərlərə qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsinə imkanlar yaradacağını bildiriblər.

Dəyirmi Masanın nəticəsi olaraq, SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb. Sənədə əsasən iştirakçı şəhərlərin iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşması üçün sıx əməkdaşlığı nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 21 Noyabr 2024 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri