Icma.az
close
up
RU
COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib

COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidenti və Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel ilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpa olunan enerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundan danışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü Maddəsi üzrə vahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katib GECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasının COP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə görüşdə isə COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüsləri barədə məlumat verilib. Bildirilib ki, bu enerji təşəbbüsləri hökumətlər, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları da daxil olmaqla, bütün tərəfdaşlara hədəfləri konkret nəticələrə çevirmək üçün zəruri olan dinamikanı yaratmaq imkanı təqdim edir. OPEC Fondu bu təşəbbüsləri dəstəkləməyə dəvət edilib. OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power” şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırılması, həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilə texniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhliz”ləri və “Masdar” şirkəti ilə həyata keçirilən 1QVt gücündə külək-günəş enerjisi layihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidenti Azərbaycana “yaşıl enerji keçidi”ndə dəstək verməyə hazır olduğunu bildirib.

Nazir Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda “təmiz enerji”nin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatla əməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya ilə enerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyata keçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirmə layihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizləri layihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsində birgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.

Söhbət zamanı COP29-un Enerji Günündə Energetika Nazirliyi ilə “Dayanıqlı Bərpa Olunan Enerji vasitəsilə Qlobal İqlim Fəaliyyətini Sürətləndirmək” mövzusunda keçiriləcək birgə tədbirdən də bəhs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see150

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see134

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri