Icma.az
close
up
RU
COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib

COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidenti və Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.

Nazirlikdən verilən məlumata görə, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel ilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpa olunan enerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundan danışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü Maddəsi üzrə vahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katib GECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasının COP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə görüşdə isə COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüsləri barədə məlumat verilib. Bildirilib ki, bu enerji təşəbbüsləri hökumətlər, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları da daxil olmaqla, bütün tərəfdaşlara hədəfləri konkret nəticələrə çevirmək üçün zəruri olan dinamikanı yaratmaq imkanı təqdim edir. OPEC Fondu bu təşəbbüsləri dəstəkləməyə dəvət edilib. OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power” şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırılması, həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilə texniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhliz”ləri və “Masdar” şirkəti ilə həyata keçirilən 1QVt gücündə külək-günəş enerjisi layihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidenti Azərbaycana “yaşıl enerji keçidi”ndə dəstək verməyə hazır olduğunu bildirib.

Nazir Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda “təmiz enerji”nin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatla əməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya ilə enerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyata keçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirmə layihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizləri layihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsində birgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.

Söhbət zamanı COP29-un Enerji Günündə Energetika Nazirliyi ilə “Dayanıqlı Bərpa Olunan Enerji vasitəsilə Qlobal İqlim Fəaliyyətini Sürətləndirmək” mövzusunda keçiriləcək birgə tədbirdən də bəhs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see209

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see130

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri