Icma.az
close
up
RU
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2ci Yüksək Səviyyəli Görüşü təşkil edilib FOTO Doğru Xəbərlər

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2ci Yüksək Səviyyəli Görüşü təşkil edilib FOTO Doğru Xəbərlər

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Sessiya çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib.

Doğru.az xəbər verir ki, əvvəlcə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, iqlim dəyişiklərinin mədəniyyətə təsiri get-gedə artmaqdadır: “Biz gələcəyimiz üçün mədəni irsimizi qorumağa çalışacağıq”.

Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru xanım Aruna Francesca Maria Gujral iqlim böhranına qarşı davamlı həllərin tapılmamasından təəssüfləndiyini söyləyib. Bildirib ki, bu sahədə fundamental inkişafa nail olmaqla həm də öz mədəniyyətimizi qorumalıyıq.

UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois deyib ki, bu gün iqlim dəyişikliyi nəticəsində çoxsaylı mədəni irs nümunəsi məhv olmaq üzrədir. Bunun qarşısını almaq üçün müxtəlif strategiyalar həyata keçirmək lazımdır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qurum tərəfindən ölkəmizdə mədəni irs abidələrinin qorunması istiqamətində görülən işlərdən danışıb: “Mədəni irsimizin gələcək nəsillərə ötürülməsi çox vacibdir. Bu sahədə inkişafa nail olmaq üçün birgə səylər göstərilməlidir. Mən inanıram ki, mədəniyyət sahəsinə qayğı ilə daha yaşıl dünyanı gələcək nəsillərə buraxa biləcəyik”.

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi xanım Dana Firas bildirib ki, mədəni irsi iqlim dəyişikliyi məsələlərinə inteqrasiya etmək artıq zərurətə çevrilib: “Ötən il təşkil edilən COP28-də bununla bağlı çox uğurlu tədbirlər keçirildi. Ümid edirəm ki, bu sessiya çərçivəsində adıçəkilən sahə üzrə önəmli addımlar atılacaq”.

Ağa Xan İnkişaf Şəbəkəsinin Ətraf mühit və iqlim komitəsinin sədri şahzadə Rəhim Ağa Xan qurumun mədəni irsin qorunması sahəsində gördüyü işlərdən söz açıb. Deyib ki, ətraf mühitin qorunması ilə həm də tarixi-mədəni mirasın mühafizəsinə töhfə vermək mümkündür.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, bu gün iqlim dəyişikliyi bir çox sahələrə olduğu kimi, mədəniyyətə də təsir göstərir. Dünyada qlobal istiləşmənin təsiri ilə daşqınlar, fırtınalar baş verir, nəticədə tarixi abidələr də məhvolma təhlükəsi ilə üz-üzə qalır.

Sonra Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah əl-Dahakın tədbir iştirakçılarına müraciəti diqqətə çatdırılıb.

Daha sonra COP29-un mədəni gündəliyini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Görüş məruzələrlə davam etdirilib.

Nazir Adil Kərimli bildirib ki, ölkəmizin yaşıl enerji sahəsində gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “Biz bu gün keçirilən nazirlər toplantısından səmərəli nəticə gözləyirik. Bizim fəaliyyətimiz UNESCO, ICESCO və digər qurumların fəaliyyətləri ilə üst-üstə düşür. Biz mədəniyyətin önəmli bir vasitə olduğunu qəbul edir, onun ətraf mühitin qorunmasındakı rolunu qiymətləndiririk. Bu gün görüşün sonunda qəbul edəcəyimiz sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil etməklə yanaşı, müsbət iqlim fəaliyyətinin də əsasını qoyacaq”.

Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) haqqında danışan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid əl-Qassimi qurumun üzvlərinin sayının artmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu, sektorlararası daha güclü bir səs olacaq: “Bu görüşdə iqlim dəyişikliyi fəaliyyətində mədəniyyət ölçüsünü diqqətə çatdırmış olacağıq. Mədəniyyət və iqlim dəyişikliyi bir-biri ilə əlaqədardır. Düşünürəm ki, bu sahədə araşdırmalara daha çox investisiya qoyulmalıdır. Biz bütün tərəfləri nazirliklərarası əməkdaşlığa dəvət edirik”.

Daha sonra Braziliya Federativ Respublikasının mədəniyyət naziri Marqaret Menezesin mövzu ilə bağlı videomüraciəti dinlənilib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən görüşün ictimaiyyətin gözləntilərinə cavab verəcəyinə ümidvar olduğunu bildirib: “İqlim dəyişikliyi mədəniyyətimiz üçün də təhlükədir. Bu sahədə görülməli işlər çoxdur. Türkiyədə bu sahədə bir sıra addımlar atılır. Biz Azərbaycanın COP29-dakı təşəbbüsünü dəstəkləyirik və hər zaman qarşılıqlı əməkdaşlığa hazırıq”.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov iqlim dəyişikliyinin fəsadları ilə hər addımda qarşılaşdıqlarını deyib. Bildirib ki, mədəni irs də bu təsirlərdən kənarda deyil. Buna görə də ətraf mühit məsələlərinə çox həssaslıqla yanaşmaq lazımdır.

O, COP29 kimi mötəbər sessiya çərçivəsində belə bir tədbirdə iştirakından məmnunluğu söyləyib, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar ölkəsinin iqlim dəyişikliyi nəticəsində gördüyü zərərlərdən danışıb. Qeyd edib ki, Pakistan 2022-ci ildə dünyanın ən böyük daşqınlarından birini yaşayıb: “Biz bu fəlakət nəticəsində müəyyən ərazilərdə öz mədəni mirasımızı da itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ümid edirəm ki, bu gün Bakıda əldə etdiyimiz nailiyyətlə gələcəkdə bu sahədə öz fəaliyyətimizi uğurla davam etdirəcəyik”.

Yunanıstanın mədəniyyət naziri Styliani Mendoni qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Söyləyib ki, iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün müxtəlif tədbirlər görülməlidir: “Bu sahədə risk xəritələri hazırlamalıyıq. “Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu” bu sahədə boşluqları doldurmaq üçün əməli addımlar atmalıdır. Bu qrup son illərdə bir çox ölkələrdə beynəlxalq seminarlar təşkil edib. Düşünürəm ki, bugünkü tədbir də bu sahədəki problemlərin həllində əhəmiyyətli rol oynayacaq”.

Digər çıxış edən nümayəndələr mövzu ətrafında öz fikirlərini bildiriblər. Çıxışçılar mədəniyyətin iqlim siyasətində oynadığı güclü rolu xüsusi qeyd ediblər.

Çıxışlardan sonra Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşünün yekun sənədi qəbul edilib.

Yekun söz söyləyən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim fəaliyyətində mədəniyyətin payının yüksək olduğunu deyib. Bildirib ki, qəbul olunmuş bu sənəddə mədəniyyət əsaslı iqlim tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanır.

Görüş iştirakçıları sonda xatirə fotosu çəkdiriblər.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://dogru.az
archiveBu xəbər 16 Noyabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see184

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see137

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see129

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see123

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see122

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see119

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see112

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see111

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri