Icma.az
close
up
RU
COP29 çərçivəsində “Neft və qaz sənayesində dekarbonizasiyanın sürətləndirilməsi” mövzusunda tədbir keçirilib

COP29 çərçivəsində “Neft və qaz sənayesində dekarbonizasiyanın sürətləndirilməsi” mövzusunda tədbir keçirilib

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 çərçivəsində “Mavi Zona”da “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Neft və qaz sənayesində dekarbonizasiyanın sürətləndirilməsi” mövzusunda tədbir keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə “SOCAR Qrup”, “TotalEnergies” şirkətlərinin rəhbər şəxsləri, Ətraf Mühitin Mühafizəsi Fondunun (EDF) və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

OGDC xartiyasının icraçı direktoru Julien Perezin moderatorluğu ilə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane və EDF şirkətinin prezidenti Fred Krupp iştirak ediblər

Tədbirdə OGDC xartiyasının nümayəndəsi təqdimatla çıxış edərək, xartiyanın məqsədləri, üzv təşkilatların sayı, dekarbonizasiya sahəsində onların əldə etdiyi nailiyyətlər, bu istiqamətdə qarşıda duran məqsədlər və onlara çatmaq üçün strateji hədəflər haqqında ətraflı məlumat verib.

Daha sonra “OGDC” xartiyasına üzv şirkətlərin COP28-dən ötən dövr ərzində emissiyaların azaldılması sahəsində əldə etdikləri nailiyyətlər, dekarbonizasiya üçün strateji prioritetlər, növbəti illər üçün hədəflər, əməkdaşlıq və innovasiya, habelə bu sahədə mövcud çətinliklər haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə metan emissiyalarının azaldılmasının qlobal iqlim dəyişmələri baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. OGDC çərçivəsində həyata keçirilən fəaliyyətlərin emissiyaların azaldılması ilə bağlı qlobal səylərin birləşdirilməsinə, iqlim dəyişmələrinə təsirlərin azaldılmasına, habelə daha dayanıqlı ekoloji həllərin tətbiq edilməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see669

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see325

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see294

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see280

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see258

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see233

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see209

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see181

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see173

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see157

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri