Icma.az
close
up
RU
COP29 çərçivəsində qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir AZƏRTAC

COP29 çərçivəsində qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin aprelindən COP29 başlayanadək olan dövrdə Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə, ümumilikdə 48 keytrinq xidməti ilə məşğul olan obyektdə, 350 hoteldə və qonaqlar üçün nəzərdə tutulan əlavə 11 rezidensiyada qiymətləndirmə aparılıb.

Qiymətləndirmə çərçivəsində aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Təkrar qiymətləndirmələr zamanı isə uyğunsuzluqların aradan qaldırıldığı müəyyən edilib. Həmçinin həmin dövrdə 1514-ü ticarət, 5 min 272-si ictimai iaşə olmaqla, ümumilikdə 6 min 786 müəssisədə monitorinq aparılıb. Eyni zamanda, ümumilikdə 1107 olmaqla, hotellərin ətrafında yerləşən 845 və metro stansiyalarının ətrafındakı 262 ictimai iaşə müəssisəsində qiymətləndirmə həyata keçirilib. Nəzarət tədbirləri çərçivəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması agentliyin əməkdaşlarının müvafiq tövsiyələri əsasında təmin edilib.

AQTA-nın nəzarət tədbirləri COP29 başlayandan sonra da davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən Bakı Olimpiya Stadionunun qidaların hazırlanması, qəbulu və satışı həyata keçirilən sahələrində mütəmadi nəzarət tədbirləri görülür, məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Həmçinin qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında ekspertizalara cəlb olunur. Eyni zamanda, operativ nəticələr əldə etməkdən ötrü stadionun ərazisində yerləşdirilmiş İnstitutun 2 mobil laboratoriyasında ekspres üsullarla müvafiq analizlər aparılır.

Bundan başqa, agentliyin əməkdaşları rezidensiyalarda, həmçinin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən hotellərdə mütəmadi monitorinqlər keçirir. Eləcə də ictimai iaşə müəssisələrində, o cümlədən metro stansiyalarının ətrafındakı obyektlərdə gündəlik nəzarət tədbirlərini həyata keçirir. Artıq həmin çərçivədə 572 ictimai iaşə müəssisəsində monitorinq aparılıb. Nəzarət tədbirləri zamanı aşkarlanan müəyyən nöqsanların agentliyin əməkdaşlarının tövsiyələri əsasında müəssisələrin məsul şəxsləri tərəfindən dərhal aradan qaldırılması təmin olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see218

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see195

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see154

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see149

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see142

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see135

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see133

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see130

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see129

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see127

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see126

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see126

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see126

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see125

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see124

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see123

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see122

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see121

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see115

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri