Icma.az
close
up
RU
COP29 çərçivəsində “SOCARda dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib AZƏRTAC

COP29 çərçivəsində “SOCARda dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 noyabr, AZƏRTAC

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “SOCAR-da dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayil Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, Boston Consulting Group (BCG) Xəzər regionu və MBD üzrə icraçı direktoru Anton Kosach, Yaponiyanın Beynəlxaq Əməkdaşlıq Bankının region direktoru Hayaşi Nobimitsu və başqaları iştirak ediblər.

İqtisadiyyat naziri M. Cabbarov çıxış edərək nəzərə çatdırıb ki, Azərbaycan dövləti karbonsuzlaşdırmanı enerji siyasətinin prioritet sahəsi hesab edir və atmosferə karbon qazının atılmasının azaldılması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirir: “Bu tədbirlər sırasında yaşıl enerjiyə keçidi qeyd etmək olar. Yaşıl enerjiyə keçid üçün Azərbaycanın böyük potensialı var. Bu potensialdan istifadə həm daxili tələbatı ödəməyə, həm də əldə olunan yaşıl enerjini ixrac etməyə imkan verir. Hazırda işğaldan azad edilən Qarabağda yaşıl enerji istehsalı üçün genişmiqyaslı işlər görülür. Hazırda Azərbaycan nəinki yaşıl enerji istehsalı üzərində çalışır, eyni zamanda yaşıl enerjinin Avropaya ixracı üçün Özbəkistan və Qazaxıstan kimi ölkələrlə yaxın əməkdaşlıq edir. Bu ölkələrin də geniş yaşıl enerji istehsalı potensialı var. Azərbaycan Mərkəzi Asiyadakı partnyorları ilə Xəzər dənizinin dibi ilə kabel çəkib bu region ölkələrində istehsal olunan enerjini tranzit olaraq Avropaya ixrac etməyi planlaşdırıb. COP29 çərçivəsində hər 3 dövlət bu barədə sənəd imzaladı. Bu əməkdaşlıqla Xəzər dənizi ilə Qara dəniz arasında geniş enerji dəhlizi yaradılacaq”.

SOCAR-ın prezidenti R.Nəcəf isə çıxışında bildirib ki, enerji transformasiyasına nail olmaq üçün şirkət sərmayə yatırmağa və yaşıl enerji istehsalını artırmağa çalışır: “Bu istiqamətdə beynəlxalq təşkilatlar və təcrübəli şikətlərlə əməkdaşlıq əlaqələri qurulub”.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev şirkətin enerji transformasiyası istiqamətində həyata keçirdiyi işlərin təqdimatını keçirib.

Yaponiyanın Beynəlxaq Əməkdaşlıq Bankının region üzrə direktoru Hayaşi Nobimitsu isə bildirib ki, dekarbonizasiyaya nail olmaq üçün iri banklar sərmayə yatırımının həcmini artırmalı, günəş, külək və dağ çayları bol olan ölkələri müəyyən etməlidirlər. Digər çıxış edənlər də korbonsuzlaşmanın azaldılması üçün yaşıl enerjiyə keçidin zəruri olduğunu bildiriblər. Nəzərə çatdırılıb ki, Yaponiyanın Beynəlxaq Əməkdaşlıq Bankı bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq edir: “Azərbaycan kimi təbiəti zəngin olan ölkələr enerji keçidini uğurla başa çatdıra bilərlər. Bu işin müsbət nəticələnməsi üçün həm dövlət, həm də qeyri-dövlət bankları sərmayə yatırmalı və yeni texnologiyalardan səmərəli istifadə etməlidirlər”.

Daha sonra müzakirələr baş tutub və məruzəçilər iştirakçıların suallarını cavblandırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri