Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçirilib AZƏRTAC

COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq BMT-nin İqlim Konfransının Rəqəmsallaşma Günü keçirilib.

AZƏRTAC xəbər verir ki, iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etmək olub.

Rəqəmsallaşma Günü çərçivəsində, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa təşkil edilib.

Dəyirmi masanın məqsədi rəqəmsallaşmanın çətinlikləri, imkanları və onun iqlim gündəmindəki rolu ilə bağlı müzakirələri gücləndirmək üçün fəal iştirak və liderliyin təşviqi, məlumatlılığın artırılması və öhdəlikləri təmin etmək üçün xüsusi platformanın yaradılması, həmçinin Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün qlobal iqlimlə bağlı fəaliyyətində davamlı sürət və hesabatlılığı təmin etmək olub.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxış edərək rəqəmsal texnologiyaların önəminə diqqət çəkib: “Bu texnologiyalar xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin “Davamlı inkişaf üzrə 2030 gündəliyi”nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir”.

Dəyirmi masada Azərbaycanın da qlobal təcrübələrdən faydalanaraq yaşıl rəqəmsal transformasiya yolunu müəyyən etdiyi vurğulanıb. Bu xüsusda Azərbaycanda peyk əsaslı ətraf mühitin monitorinqindən tutmuş, resurslardan istifadəni və emissiyaların azaldılmasına imkan verən rəqəmsal hökumət platformalarına qədər iqlimə davamlılığı dəstəkləmək üçün rəqəmsallaşmanın tətbiq edildiyi nəzərə çatdırılıb.

Bildirilib ki, şəhər havasının çirklənməsini və emissiyaları azaltmaq üçün avtobus və taksi parkları elektrik və hibrid avtomobilləri ilə modernləşdirilib. Bundan əlavə, xüsusi infrastruktur yaratmaqla dayanıqlı mobillik və mikromobillik imkanları genişləndirilib.

Qeyd edilib ki, sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd davamlılığı təşviq etmək, ətraf mühitə təsirləri azaltmaq və inklüziv inkişafı təmin etmək üçün iqtisadiyyatın bütün sektorlarında davamlı rəqəmsal həllərin tətbiq olunmasıdır. COP28-də başlanmış Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün rəqəmsal inkişafın iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb.

“COP29 Sədrliyi və ev sahibi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”, - deyən BTİ Baş katibi xanım Dorin Boqdan-Martin bildirib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin, COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.

BTİ Baş katibinin müavini Tomas Lamanauskasın moderatorluq etdiyi dəyirmi masada rəqəmsallaşmaya cavabdeh nazirlər, yüksəksəviyyəli rəsmilər, Yaşıl Rəqəmsal Fəaliyyət Tərəfdaşlarının nümayəndələri və özəl sektor təmsilçiləri iştirak ediblər. Tədbirdə rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyasına, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin təkmilləşdirilməsinə və uğurlu davamlılıq təşəbbüslərinin nümayişinə dair müzakirələr aparılıb.

Bildirilib ki, məlumatların emalı, süni intellekt və rabitə vasitələrinə artan tələbat enerji istehlakı materialdan istifadə və elektron tullantıların istehsalının artması ilə müşayiət olunur. İKT sektorunun qlobal emissiyaların 1,5 faizdə 4 faizə qədərini təşkil edəcəyi təxmin edilir ki, bu da rəqəmsal genişlənməyə yönəlmiş yaşıl və məsuliyyətli bir yanaşmaya olan təxirəsalınmaz ehtiyacın zəruriliyini daha da gücləndirir.

Sonra maraqlı tərəflərin çıxışları dinlənilib. Çıxışlar rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması, davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş olunması və rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması mövzularını əhatə edib.

Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub. Bəyannamənin qəbulu ilə tərəflər 8 məqsədi - iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi və ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılmasını təsdiqləyiblər.

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə bu günədək minə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib.

Bəyannamənin sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacağı vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri