Icma.az
close
up
RU
COP29 çərçivəsində “ATACH Günü” keçirilib

COP29 çərçivəsində “ATACH Günü” keçirilib

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “ATACH Günü” keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev iqlim dəyişikliyinin qlobal problem və bəşəriyyət üçün real təhlükə kimi dövrümüzün ən çox müzakirə olunan mövzularından biri olduğunu qeyd edib: “Son vaxtlar yalnız uzaq gələcəkdə mümkün kimi qəbul edilən problem indi qapımızı “döyür”. Quraqlıq, su qıtlığı, anomal istilər və dəniz səviyyəsinin qalxması insanları əsrlər boyu yaşadığı məkanlardan tərk etməyə məcbur edir”.

Nazirin sözlərinə görə, ölkələrin və ayrı-ayrı şəxslərin üzləşdiyi iqtisadi itkilər əhəmiyyətli olsa da, bu itkilər müəyyən dərəcədə geri qaytarıla bilər: “Bununla belə, qarşısıalınmaz olan odur ki, iqlim dəyişikliyinin nəticələrinin ən ağır yükünü daşıyanların sağlamlığı və həyatı itkisidir. Əslində, sağlamlığa təsirlər hazırda müşahidə etdiyimiz iqlim dəyişikliyinin ilk və ən ani təsirlərindən biridir. Bu, açıq şəkildə göstərir ki, iqlim dəyişikliyi ilə bağlı hər hansı müzakirə onun sağlamlığa təsirini nəzərə almadan natamamdır”.

Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğu və 2024-2026-cı illər üçün Alyansın həmtəşkilatçısı kimi çıxış edəcəyi vurğulanıb: “ATACH iqlim və sağlamlıq məsələləri üzrə milli və beynəlxalq əməkdaşlıq üçün əsas qlobal platforma rolunu oynayır. Alyans Şarm əl-Şeyx Uyğunlaşma Gündəliyinə (COP27), COP28-in Sağlamlıq Bəyannaməsi və 77-ci Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilən İqlim Dəyişikliyi və Sağlamlıq üzrə Qətnamə də daxil olmaqla, COP26 Səhiyyə Gündəliyinin nailiyyətlərinə və sonrakı təşəbbüslərə əsaslanır.

Nazirin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edərək yaşıl enerjiyə keçidə sadiqdir: “İqlim dəyişikliyinin azaldılmasının maliyyələşdirilməsi COP29 müzakirələrinin, o cümlədən sağlamlığa təsirlərin maliyyələşdirilməsinin təməl daşı olaraq qalır. Hesab edirik ki, iqlim və sağlamlıq gündəmlərinin maliyyələşdirilməsi bütün müvafiq maraqlı tərəfləri cəlb etməklə, növbəti səviyyəyə qaldırılmalıdır”.

“Hazırda ATACH 90-dan çox ölkə və ərazi, həmçinin mühüm missiyada birgə çalışan 70-dən çox tərəfdaşı birləşdirir. Bundan əlavə, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasına yönəlib. ATACH-ın həmtəşkilatçısı kimi Azərbaycan Respublikası Alyans vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdir. Biz bütün COP29 iştirakçı ölkələri ATACH-a qoşulmağa dəvət edirik. Bununla onlar iqlim tədbirləri vasitəsilə sağlamlığı qorumaq və yaxşılaşdırmaq üçün kollektiv səylərə töhfə verə və bundan faydalana bilərlər”, - deyə Azərbaycan Respublikasının Səhiyyə Naziri fikrini tamamlayıb.

Tədbirdə çıxış edən ÜST-nin Qərbi Sakit Okean üzrə Regional Direktoru, doktor Saiya Mau Piukala, Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyinin (FCDO) adaptasiya, təbiət və xarici təsirlərə davamlılıq Departamentinin rəhbəri Cerard Hou, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel, Misirin Səhiyyə və Əhali Nazirliyi, institusional islahatlar üzrə nazirin köməkçisi doktor Hossam Abdel Qaffar və başqaları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd ediblər.

İqlim dəyişikliyinin təhlükəli xəstəliklərin yayılmasına, səhiyyə sistemləri üçün yük yaratdığı və maliyyə dayanıqlığına xələl gətirməsinə səbəb olduğu vurğulanıb. Bu cür böhranlar nəticəsində ən həssas əhali təbəqələri əziyyət çəkir. Bu baxımdan, innovasiya, texnologiya və tədqiqatları stimullaşdırmaq üçün böhrana birgə reaksiyadan yaranan imkanlardan istifadə etməyin vacibliyi qeyd olunub. Bu tədbirlər daha sağlam gələcəyə və daha möhkəm sistemlərə gətirib çıxaracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri