COP29 çərçivəsində TDT ölkələri arasında meteorologiya sahəsində əməkdaşlıq yolları müzakirə olunacaq AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Türkiyənin Baş Meteorologiya İdarəsi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrində inteqrasiya olunmuş erkən hava xəbərdarlığı sistemi” mövzusunda panel müzakirələri təşkil etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, müzakirənin noyabrın 19-da Türkiyə pavilyonu ərazisində “Qida, kənd təsərrüfatı və su” tematik gün çərçivəsində keçirilməsi planlaşdırılır.
Türk dövlətləri arasında meteorologiya sahəsində əməkdaşlıq yollarının nəzərdən keçirilməsi planlaşdırılır.
Panel müzakirələrinə Türkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması İdarəsinin (AFAD) sədr müavini Həmzə Taşdelen moderatorluq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 17 Noyabr 2024 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















