Icma.az
close
up
RU
COP29 çərçivəsində təşkil edilmiş “Dinlər pavilyonu” işini yekunlaşdırıb

COP29 çərçivəsində təşkil edilmiş “Dinlər pavilyonu” işini yekunlaşdırıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən “Dinlər pavilyonu” işini yekunlaşdırıb.

Xalqcebhesi.az “Əl-Əhram” portalına istinadla xəbər verir ki, pavilyonda təşkil olunan tədbirlərdə iqlim ədalətinin təmin edilməsi, qadınların və gənclərin səlahiyyətlərinin artırılması, iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan qruplara dəstək verilməsi, ekoloji böhranlara qarşı dayanıqlı həllərin tapılması və bu sahədə yerli xalqların ənənəvi biliklərindən faydalanmağın vacibliyi vurğulanıb. Həmçinin, iqlim böhranına qarşı mübarizədə dinlərarası əməkdaşlığın gücləndirilməsi və insanla təbiət arasında tarazlığın təmin olunması məsələlərinə diqqət yönəldilib.

Qeyd olunub ki, “Dinlər pavilyonu”nda iki həftə ərzində 60-a yaxın dialoq və müzakirə iclası keçirilib. Bu iclaslarda dünyada 11 din və məzhəbi təmsil edən 97 təşkilatdan 230-dan çox natiq çıxış edib. Tədbirlər Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası, Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı, COP29-un rəhbərliyi, Həməd Qlobal Sülhü Dəstəkləmə Mərkəzi və Qazaxıstanın Dünya və Ənənəvi Din Liderləri Konfransı ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssalam çıxışında Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edib, Şuranın iqlim səylərində din liderlərinin rolunu artırmaq üçün fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb. O diqqətə çatdırıb ki, “Dinlər pavilyonu” iqlim problemlərinin həllində dinlərin rolunu əks etdirən qeyri-adi bir təcrübədir. İqlim böhranı yalnız elmi və ya iqtisadi problem deyil, həm də qlobal şüur və etik məsuliyyət üçün əsl sınaqdır.

“Dinlər pavilyonu”ndakı çıxışlarda dini liderlərin qlobal iqlim səylərinə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb və pavilyonun müxtəlif inancların ekoloji problemlərin həllində əməkdaşlıq etməsi üçün ilhamverici model olduğu bildirilib.

“Ədalətli iqlim” məsələsi pavilyondakı müzakirələrin əsas mövzularından olub. İştirakçılar ekoloji fəlakətlərdən ən çox zərər çəkən icmalara və ölkələrə resursların ədalətli paylanması, iqlim dəyişikliklərinə uyğunlaşma layihələrinin dəstəklənməsi və yerli biliklərdən istifadə etməklə dayanıqlı həllərin tapılması barədə çağırış ediblər.

Sessiyalarda qadınların iqlim böhranına qarşı mübarizədəki əhəmiyyətli rolu xüsusi vurğulanıb. “Dinlər pavilyonu” qadın liderlərin bu səylərə töhfəsini artırmaq məqsədilə “Qlobal Qadın Dini Liderlər İttifaqı”nı təsis ediblər. Bu ittifaq qadınların cəmiyyətlərdəki liderlik rollarını gücləndirmək və iqlim problemləri ilə mübarizəyə töhfə vermək məqsədi daşıyır.

Gənclər də müzakirələrdə diqqət mərkəzində olublar. İclaslarda onların texnologiya və innovasiyaya əsaslanan dayanıqlı həlləri inkişaf etdirmək bacarıqlarından istifadə olunmasının vacibliyi vurğulanıb. Eyni zamanda gənclərin iqlimlə bağlı qərar qəbuletmə proseslərində daha çox iştirak etməsi üçün onların zəruri təlim proqramlarına və işgüzar seminarlara cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.

Bundan başqa, müzakirələrdə iqlim məsələlərinin tədris proqramlarına inteqrasiyasının vacibliyi, dini dəyərlərlə elmi biliklərin birləşdirilməsinin iqlim dəyişikliyinə qarşı effektiv strategiyaların hazırlanmasında rolu, erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi və təbii fəlakətlərin təsirini minimuma endirmək üçün qabaqcıl texnologiyalardan istifadə məsələləri vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Noyabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri