Icma.az
close
up
RU
“COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb” Muxtar Babayev Yeni Çağ Media

“COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb” Muxtar Babayev Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yenicag.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev “Öhdəliklərdən fəaliytətə: İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinin optimallaşdırılması” mövzusunda tədbirdə deyib.

O bildirib ki, COP29-un iştirakçısı olan bütün ölkələr əldə olunan razılaşmaların icrası, eləcə də insan həyatlarının xilası məqsədilə vəsait sərf etməkdən çəkinməməlidir:

“COP29 bizim üçün yaşıl dünya naminə həmrəylik məqsədlərinə nail olmaq üçün əsas açar olacaq. Əgər bu gün biz təbiətin və bəşəriyyətin xilası üçün tədbirlər görməsək, bu qərarsızlığın nəticələri gələcəkdə çox ciddi problemlər yaradacaq”.

İtki və Zərərlərə Cavab Verən Fondun icraçı direktoru İbrahima Şeyx Diong deyib ki, COP29 Prezidentliyi bu tədbirin davam etdiyi müddətdə iqlim dəyişikliyi təsirlərinin qarşısının alınması üçün tədbirləri diqqətdə saxlamalıdır:

“Biz bu tədbirdən iqlim dəyişikliyi ilə mübarizə sahəsində inqilabi yeniliklər gözləyirik. Ümid edirəm ki, mən Bakını nəticəsiz tərk etməyəcəyəm”.

İtki və Zərərlərə Cavab Verən Fondun İdarə Heyətinin həmsədri Jan-Kristof Donnelyenin sözlərinə görə isə, COP29-da tərəflərin konstruktiv müzakirələr aparması və iqlim maliyyəsi sahəsində irəliləyişə hərtərəfli kömək edəcək:

“Mən bu mötəbər tədbirə göstərilən diqqətə görə bütün dünya ictimaiyyətinə təşəkkür edirəm. Hər bir ölkə anlamalıdır ki, iqlim maliyyəsinin təminatı asan məsələ olmasa da, mütləq şəkildə öz həllini tapmalıdır”.

Daha sonra İtki və Zərərlərə Cavab Verən Fond ilə Dünya Bankı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanan növbəti sənəd isə Filippinin Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi ilə İtki və Zərərlərə Cavab Verən Fond arasında tərəfdaşlıq müqaviləsi olub.

Filippinin Ətraf Mühit və təbii ehtiyatlar naziri Mariya Antonia Yulo Loysaqa UNFCCC katibliyi ilə keçirilən görüşlərdə çox məhsuldar müzakirələr apardıqlarını deyib:

“Bakıya böyük ümidlərlə gəlmişik. Hesab edirik ki, iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı məqsədlərə nail olmaq təkcə Filippinin və ya hansısa başqa bir dövlətin işi deyil. Burada hər bir ölkə fəal olmalıdır. İndiki məqamda COP29 tədbirini təşkil edilməsi iştirakçı dövlətlərin arasında mühüm perspektivlər açır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Noyabr 2024 04:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri