Icma.az
close
up
RU
COP29 çətçivəsində “Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin dəyirmi masa”sı keçirilib AZƏRTAC

COP29 çətçivəsində “Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin dəyirmi masa”sı keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Yaponiya, Cənubi Afrika, ABŞ, İtaliya, Qazaxıstan nazirlərinin iştirakı ilə “Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin dəyirmi masa”sı keçirilib.

AZƏRTAC xəbər verir ki, COP29-un Prezidenti Muxtar Babayev tədbirin təşkilində fəal iştirak etmiş Qazaxstan və İtaliya nümayəndələrinə təşəkkürünü bildirib.

O vurğulayıb ki, Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır.

“Ambisiyaların artırılması Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC), Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə 1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasını tələb edir. İnanıram ki, qlobal iqlim şəffaflığının müxtəlif ölkələrin nazirlərinin iştirakı ilə müzakirəsi daha effektiv addımlar atmağa imkan verəcək. COP29-u bu addımları atmağa bir fürsət kimi dəyərləndirməyə çağırıram. Bu dəyirmi masada qəbul olunacaq Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təşviq edəcək”, - deyə M.Babayev əlavə edib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Hamlaji çıxışında bildirib ki, Bakıda COP29 çərçivəsində 11 ölkə İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim edib: “Bu il Paris Sazişinə əsasən Artırılmış Şəffaflıq Çərçivəsinin tam tətbiqi qeyd olunur. İlk iki ildə bir dəfə bu hesabatların təqdim edilməsində lider olmuş ölkələri qeyd edəcəyəm: Andorra, Qayana, Panama, Yaponiya, İspaniya, Türkiyə, Qazaxıstan, Almaniya, Maldiv adaları, Niderland və Sinqapur. Bu ölkələr həqiqətən də başqaları üçün güclü nümunədir”.

COP29 çərçivəsində keçirilən Nazirlər Görüşündə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdimatına görə nümayəndə heyətləri mükafatlandırılıb. Mükafatlandırılan ölkələr arasında Azərbaycan, Andorra, Qayana, Panama, Yaponiya, İspaniya, Türkiyə, Qazaxıstan, Almaniya, Maldiv adaları, Niderland və Sinqapur yer alıb.

Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao vurğulayıb ki, Yaponiya Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) dəstəkləyir.

Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı və balıqçılıq naziri Dion Corc qeyd edib ki, Cənubi Afrika Təkmilləşdirilmiş Şəffaflıq Sistemi (ETF) çərçivəsində fəal şəkildə çalışır və iqlim öhdəliklərinin yerinə yetirilməsini davam etdirir.

Sinqapurun davamlı inkişaf və ətraf mühit naziri Qreys Fu isə öz növbəsində bildirib ki, Sinqapur Bakı Qlobal İqlim Şəffaflığı Platformasına dəstəyini ifadə edir.

Sonra Qırğızıstanın baş nazirinin müavini Edil Baysalov çıxışında bildirib ki, ölkəsi yaxın aylarda beynəlxalq standartlara və kollektiv məqsədlərə uyğun ilk İkiillik Şəffaflıq Hesabatını təqdim edəcək.

Niderland Krallığının gənclər və idman naziri Vinsent Karremans qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə, emissiyaları azaltmaqla yanaşı, səhiyyəyə də nəzər salınmalıdır.

Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar çıxışında vurğulayıb ki, Türkiyə ədalətli keçidi nəzərə alaraq, yaşıl transformasiya üçün sektoral infrastrukturun yaradılması üzərində işləyir.

Yekun nitqində Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev deyib ki, Azərbaycan İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilməsində mühüm rol oynayır və əhəmiyyətli töhfə verir: “Bu gün bir sıra dövlətlər də ikiillik iqlim hesabatlarını təqdim edib. Həmin dövlətlərin sayı ilin sonunadək artacaq. Azərbaycanın bu məsələyə böyük rolu və töhfəsi var. Buna görə də dövlət nümayəndələri bunu xüsusi qiymətləndirdilər. Prosesi sürətləndirmək üçün biz Bakı Bəyannaməsinin imzalanmasını təklif etdik. Bu sənəd artıq qəbul olundu və dövlətlər bəyannaməyə qoşuldular. Bu sənədin mahiyyəti ondan ibarətdir ki, növbəti illərdə dövlətlər tərəfindən bu sahədə hesabatların hazırlanmasında texniki boşluqların aradan qaldırılması üçün Bakı Şəffaflıq Platforması əsasında onlar texniki dəstək, təlimlər və digər fəaliyyətlərlə təmin olunacaq. Bu, bir az vaxt və kifayət qədər resurs tələb edən prosesdir. Azərbaycanın bu təşəbbüsünü Qərb dövlətləri, donorlar da dəstəkləyir. Növbəti illərdə dövlətlərə veriləcək dəstək məhz bu donorlar, eləcə də Azərbaycan tərəfindən həyata keçiriləcək”.

Tədbirin Bakı Bəyyannaməsi qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri