COP29 dizayn və brendinqini həyata keçirən Azərbaycanlılar kimdir? VİDEO
Icma.az bildirir, Sfera.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Sfera.az bildirir ki, tədbirin keçirildiyi stadionunun brendinqi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanıb.
Əməliyyat şirkətində komandanın işi COP29-a hazırlıq müddətində müxtəlif miqyaslı tədbirlərin və məkanların merçendayz və promo məhsulların dizaynı, uniformaların, şəhər brendinqi və sosial şəbəkə vizuallarının hazırlanmasından ibarətdir.
Tədbirin məqsədini ölkəyə və dünyaya çatdırmaq üçün şəhər boyunca vizuallar, instalyasiyalar, tədbir iştirakçılarının əsas məkanlara əlçatanlığının yaradılması üçün yol-işarə lövhələrinin dizaynı həyata keçirilib.
Həmçinin bu layihədə Azərbaycana məxsus milli elementlərdən istifadə edilərək, vizual həllər yaradılıb.
COP29 Azərbaycan Əməliyyat şirkətinin art direktoru Turqay Məliklinin təqdimatında hazırlanmış video materialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Noyabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















