Icma.az
close
up
RU
COP29 elmi təfəkkürdə də yeniliklər yaradır

COP29 elmi təfəkkürdə də yeniliklər yaradır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İki həftədir dünyanın diqqətini özünə cəlb edən COP29 tədbirlərinin tarixi uzaqgörənliyi alimlərin tədqiqatlarında, yazıçı və şairlərin əsərlərində də öz təsdiqini tapacaqdır. Ölkəmizin evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq əlaqələrin genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə, siyasi, iqtisadi, coğrafi, ədəbi-mədəni problemlərin araşdırılması və həlli yollarına da işıq salmışdır.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski müxbirimizlə söhbətində demişdir:
- COP29 dünyada elmi təfəkkürdə yeniliklər yaradıb. Bizim iqtisadi sahədə "yaşıl enerji" haqqında olan biliklərimiz əvvəllər utopiya kimi səslənə bilərdi. Amma bu gün Azərbaycanda bərpaolunan enerji olduğunu hər kəs bilir və dövlət səviyyəsində həmin mənbələrdən istifadə olunması istiqamətində işlər davam edir. Elmə gəldikdə isə, "yaşıl enerji"ni izah edən, şərtləndirən, istiqamətləndirən yeni sahə - "yaşıl energetika" əmələ gəlib. Bu gün yeni anlayışlar formalaşıb. Məsələn, "yaşıl artım", "yaşıl kimya", "yaşıl bacarıqlar" haqqında danışılır. Dünya elə bil ki, yeni sivilizasiyaya yaşıl işıq yandırıb.
Bu tədbirin Azərbaycanda keçirilməsi ölkənin iqtisadiyyatını, mədəniyyətini, səhiyyəni, bir sözlə, cəmiyyətin müxtəlif sahələrini, eyni zamanda təfəkkürü inkişaf etdirir, zənginləşdirir, dəyişir. Düşünürəm ki, COP29-un gətirdiyi yaşıl hərəkat yeni bir sivilizasiyaya yaşıl işıqdır. Bu hərəkatın respublikamızda baş verməsi Prezident İlham Əliyevin apardığı böyük siyasətin uğurlu nəticəsində Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin yeni sivilizasiya hərəkatının önündə gedənlərdən biri olduğunu, bu hərəkata hətta istiqamət verdiyini göstərən faktlardan biridir. Düşünürəm ki, bu mənada "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 Azərbaycanı dünyada yeni sivilizasiyanı yaradan mərkəzlərin biri kimi tanıdacaq.
Azərbaycan Milli Elmlər Akademiyasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-la bağlı dünyanın nüfuzlu elmi mərkəzlərindən biri olan Beynəlxalq Elmi Şura və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə "İqlim elmi: 2024-cü il üçün əsas nəticələr" mövzusunda keçirilən beynəlxalq elmi konfrans dediklərimizə bariz nümunədir.
Əməkdar elm xadimi onu da vurğulamışdır ki, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Ariko ilə görüş olmuşdur. Görüşdə COP29-da dünyamızın gələcəyi üçün vacib qərarların qəbul edildiyi, o cümlədən elm sahəsində bir sıra dəyərli müzakirələrin aparıldığı qonağın diqqətinə çatdırılmışdır.
ISC-nin baş icraçı direktoru professor Salvatore Ariko təmsil etdiyi təşkilat barədə ətraflı məlumat verərək bildirmişdir ki, 2018-ci ildə yaradılmış ISC beynəlxalq səviyyədə elmin inkişafı və inteqrasiyası üçün çalışan ən böyük qurumlardan biridir. ISC-nin tərkibində dünyanın 140-dan çox ölkəsindən 250-dən artıq akademiya, elmi birlik, milli və beynəlxalq elmi təşkilat yer alır. Bu qurumlar bir araya gələrək qlobal elmi proqramlar hazırlayır, BMT və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edərək onlara həmin problemlərin həlli üçün lazımi resurslar təklif edirlər.
Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru, Beynəlxalq Elmi Şuranın ilk katibi olmuş professor Alik İsmayılzadənin və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Esmira Əlirzayevanın da iştirak etdikləri bu görüşdə professor Salvatore Ariko AMEA-nın təşkilata üzv olmasından və birgə əməkdaşlıqdan məmnunluğunu bildirdi, dəqiq və təbiət elmləri ilə yanaşı, humanitar və ictimai elmlər sahəsində də akademiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını söylədi, qurumlararası birgə əməkdaşlıq təkliflərini diqqətə çatdırdı.
Bir məsələni də qeyd etmək istəyirəm. Qərbi Azərbaycan İcması (QAİ), həmçinin iştirakçı nümayəndələr COP29 tədbirlərində və görüşlərdə fəal iştirak etdilər. İcma Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan beşinci rəyini qınadı, ölkəmizə qarşı qərəz və düşmənçiliyi pislədi. QAİ bu barədə dünya ictimaiyyətinə və COP iştirakçılarına ünvanlanmış bəyanatında bildirmişdir: "Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləməyə, mədəni irsin dağıdılmasına və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir.
Xüsusilə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.
Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edir.
Qərbi Azərbaycan İcması digər bəyanatında isə bildirmişdir: "ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frank Peloni COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır".
Bəyanatda xüsusi olaraq vurğulanır ki, F.Peloni onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir.
Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Peloniyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur.
F.Peloninin səfərdən sonra verdiyi bəyanatlar isə onun Azərbaycana nə iqlim dəyişmələri üzrə konfransda iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi.
Görünən odur ki, F.Peloninin böyük "qrantlar" hesabına şantaj xarakterli "erməni təəssübkeşliyi" bütün dünyada fiaskoya uğradı. Çünki yalan ayaq tutsa da, yeriyə bilməz...
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski xüsusi olaraq vurğuladı ki, elmi təfəkkürdə də yeniliklər yaradan COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin uğurlu nəticəsidir.
Rəhman SALMANLI,
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see329

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see274

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see232

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see220

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see212

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see204

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see196

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see195

Gəncə polisi Xalq artistinə qarşı törədilən dələduzluqla bağlı araşdırmaya başlayıb

19 İyun 2026 23:39see183

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see181

65 yaş həddinin ləğvi regionlarda həkim çatışmazlığını aradan qaldıra bilərmi? PROFESSOR AÇIQLADI

19 İyun 2026 16:14see180

GÜNÜN QOROSKOPU: Yeniliklərə açıq olun...

20 İyun 2026 00:31see176

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see175

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see173

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see173

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see171

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see170

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see169

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see166

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri