Icma.az
close
up
RU
COP29 elmi təfəkkürdə də yeniliklər yaradır Yeni Gündəm

COP29 elmi təfəkkürdə də yeniliklər yaradır Yeni Gündəm

Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İki həftədir dünyanın diqqətini özünə cəlb edən COP29 tədbirlərinin tarixi uzaqgörənliyi alimlərin tədqiqatlarında, yazıçı və şairlərin əsərlərində də öz təsdiqini tapacaqdır. Ölkəmizin evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq əlaqələrin genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə, siyasi, iqtisadi, coğrafi, ədəbi-mədəni  problemlərin araşdırılması və həlli yollarına da işıq salmışdır.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski müxbirimizlə söhbətində demişdir:

– COP29 dünyada elmi təfəkkürdə yeniliklər yaradıb. Bizim iqtisadi sahədə “yaşıl enerji” haqqında olan biliklərimiz əvvəllər utopiya kimi səslənə bilərdi. Amma bu gün Azərbaycanda bərpaolunan enerji olduğunu hər kəs bilir və dövlət səviyyəsində həmin mənbələrdən istifadə olunması istiqamətində işlər davam edir. Elmə gəldikdə isə, “yaşıl enerji”ni izah edən, şərtləndirən, istiqamətləndirən yeni sahə – “yaşıl energetika” əmələ gəlib. Bu gün yeni anlayışlar formalaşıb. Məsələn, “yaşıl artım”, “yaşıl kimya”, “yaşıl bacarıqlar” haqqında danışılır. Dünya elə bil ki, yeni sivilizasiyaya yaşıl işıq yandırıb.

Bu tədbirin Azərbaycanda keçirilməsi ölkənin iqtisadiyyatını, mədəniyyətini, səhiyyəni, bir sözlə, cəmiyyətin müxtəlif sahələrini, eyni zamanda təfəkkürü inkişaf etdirir, zənginləşdirir, dəyişir. Düşünürəm ki, COP29-un gətirdiyi yaşıl hərəkat yeni bir sivilizasiyaya yaşıl işıqdır. Bu hərəkatın respublikamızda baş verməsi Prezident İlham Əliyevin apardığı böyük siyasətin uğurlu nəticəsində Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin yeni sivilizasiya hərəkatının önündə gedənlərdən biri olduğunu, bu hərəkata hətta istiqamət verdiyini göstərən faktlardan biridir. Düşünürəm ki, bu mənada “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 Azərbaycanı dünyada yeni sivilizasiyanı yaradan mərkəzlərin biri kimi tanıdacaq.

Azərbaycan Milli Elmlər Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  COP29-la bağlı dünyanın nüfuzlu elmi mərkəzlərindən biri olan Beynəlxalq Elmi Şura və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “İqlim elmi: 2024-cü il üçün əsas nəticələr” mövzusunda keçirilən beynəlxalq elmi konfrans  dediklərimizə bariz nümunədir.

Əməkdar elm xadimi onu da vurğulamışdır ki, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Ariko ilə görüş olmuşdur. Görüşdə COP29-da dünyamızın gələcəyi üçün vacib qərarların qəbul edildiyi, o cümlədən elm sahəsində bir sıra dəyərli müzakirələrin aparıldığı qonağın diqqətinə çatdırılmışdır.

ISC-nin baş icraçı direktoru professor Salvatore Ariko təmsil etdiyi təşkilat barədə ətraflı məlumat verərək bildirmişdir ki, 2018-ci ildə yaradılmış ISC beynəlxalq səviyyədə elmin inkişafı və inteqrasiyası üçün çalışan ən böyük qurumlardan biridir. ISC-nin tərkibində dünyanın 140-dan çox ölkəsindən 250-dən artıq akademiya, elmi birlik, milli və beynəlxalq elmi təşkilat yer alır. Bu qurumlar bir araya gələrək qlobal elmi proqramlar hazırlayır, BMT və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edərək onlara həmin  problemlərin həlli üçün lazımi resurslar təklif edirlər.

Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru, Beynəlxalq Elmi Şuranın ilk katibi olmuş professor Alik İsmayılzadənin və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Esmira Əlirzayevanın da iştirak etdikləri bu görüşdə professor Salvatore Ariko AMEA-nın təşkilata üzv olmasından və birgə əməkdaşlıqdan məmnunluğunu bildirdi, dəqiq və təbiət elmləri ilə yanaşı, humanitar və ictimai elmlər sahəsində də akademiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını söylədi, qurumlararası birgə əməkdaşlıq təkliflərini diqqətə çatdırdı.

Bir məsələni də qeyd etmək istəyirəm. Qərbi Azərbaycan İcması (QAİ), həmçinin iştirakçı nümayəndələr COP29 tədbirlərində və görüşlərdə fəal iştirak etdilər. İcma Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan beşinci rəyini qınadı, ölkəmizə qarşı qərəz və düşmənçiliyi pislədi. QAİ bu barədə dünya ictimaiyyətinə və COP iştirakçılarına ünvanlanmış bəyanatında bildirmişdir: “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləməyə, mədəni irsin dağıdılmasına və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir.

Xüsusilə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.

Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edir.

Qərbi Azərbaycan İcması digər bəyanatında isə bildirmişdir: “ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frank Peloni COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır”.

Bəyanatda xüsusi olaraq vurğulanır ki, F.Peloni onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir.

Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Peloniyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur.

F.Peloninin səfərdən sonra verdiyi bəyanatlar isə onun Azərbaycana nə iqlim dəyişmələri üzrə konfransda iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi.

Görünən odur ki, F.Peloninin böyük “qrantlar” hesabına şantaj xarakterli “erməni  təəssübkeşliyi” bütün dünyada fiaskoya uğradı. Çünki yalan ayaq tutsa da, yeriyə bilməz…

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski xüsusi olaraq vurğuladı ki, elmi təfəkkürdə də yeniliklər yaradan COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin uğurlu nəticəsidir.

Rəhman SALMANLI,

“Azərbaycan”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 26 Noyabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri