Icma.az
close
up
RU
COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb.

Bu barədə Gununsesi.info -ya COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTANDART) birgə həyata keçirdiyi Bakı şəhəri ərazisində yerləşən ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi layihəsi yekunlaşıb: “Oktyabr ayının əvvəlindən icrasına başlanılmış müştərək layihənin məqsədi ictimai iaşə obyektlərinin ekoloji cəhətdən dayanıqlılığını təmin etmək üçün bu sahədə qüvvədə olan beynəlxalq və dövlət standartlarının tələblərini təşviq etmək, eləcə də dayanıqlı fəaliyyət standartlarına uyğun olaraq restoranların fəaliyyətinin qiymətləndirilməsi olub. Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq ISO standartlarının tələblərinə xüsusi uyğunlaşdırılmış qiymətləndirmə şkalası yaradılıb.

Qiymətləndirilmə prosesi layihənin məqsədlərinə uyğun olaraq müvafiq beynəlxalq və dövlət standartlarının tələbləri əsasında AZSTANDART tərəfindən ödənişsiz həyata keçirilib. Qiymətləndirmə enerji səmərəliliyi, sudan qənaətlə istifadə, tullantıların dayanıqlılıq standarlarına uyğun çeşidlənməsi və idarə olunması, işçilərin təhlükəsizlik qaydalarına riayət etməsi kimi bir sıra meyarlara görə aparılıb.
Layihə çərçivəsində qiymətləndirmədə iştirak edən və müvafiq meyarlara cavab verən bir sıra ictimai iaşə obyektlərinə xüsusi nişanlar təqdim olunub və onların dayanıqlılıq standartlarına uyğunluğu təsdiq olunub. Restoran girişində yerləşdiriləcək bu nişanlar qiymətləndirmə prosesindən uğurla keçmiş obyektlərin ekoloji dayanıqlılığını, müəyyən edilmiş meyarların tələblərinə uyğunluğunu və etibarlılığını təsdiq edəcək. Sertifikatlaşmış bu restoranlar, həmçinin COP29 rəsmi vebsaytında mövcud xəritədə də öz əksini tapacaq”.

Qeyd edilib ki, qiymətləndirmənin yekununda prosesdə iştirak etmiş hər bir ictimai iaşə obyektinə ekoloji dayanıqlılıq baxımından gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaları məqsədilə tövsiyələrdən ibarət hesabat təqdim olunub.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see254

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see209

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see148

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see137

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see124

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri