Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

COP29 etibar və nüfuzun göstəricisi!

COP29 etibar və nüfuzun göstəricisi!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan daha bir beynəlxalq tədbirə uğurla ev sahibliyi edərək, qüdrətli dövlət olduğunu isbatlamış oldu. Noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitində dünyanın çoxlu sayda dövlət və hökümət başçıları, ictimai xadimləri, tanınmış mədəniyyət xadimləri iştirak etdilər. Bu günlərdə dünyanın mühüm gündəmi Bakıda müəyyənləşir. Bu sammitin bəşəriyyətin iqlim və ekoloji taleyi baxımından olduqca önəm daşıdığığını nəzərə alsaq, bu gün Azərbaycan paytaxtının dünya üçün nə qədər önəmli coğrafiya olduğunu yəqin etmiş olarıq. Bu sammitin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə Azərbaycanın yanaşmasını və qlobal səviyyədəki töhfəsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Əslində Bakıda keçirilən COP29 Liderlər Sammiti ilə ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim edib. Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.
Eyni zamanda, cənab İlham Əliyevin bildirdiyi kimi, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. Dünyada ikili standartların, ayrı-seçkilik hallarının, irqçiliyin, islamofobiyanın, ksenofobiyanın hökm sürdüyü kədərli mənzərə ilə müqayisədə, Azərbaycan reallığı tamam fərqlidir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Ölkəmiz, həmçinin müstəqillik illərində qonşu dövlətlərlə və transmilli şirkətlərlə birlikdə reallaşdırdığı layihələrlə də Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurulmasına sanballı töhfələrini verir. Ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə həyata vəsiqə alan bu layihələr əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir. Bu layihələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Bundan başqa, noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”.
Bu gün hamımıza məlumdur ki, iqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Xüsusilə bir məqama diqqət edək. Prezident İlham Əliyev Bakıda sammitdəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.
Əslində Prezident İlham Əliyev sammitdəki çıxışında bəzi məsələlərə aydınlıq gətirməklə dünya dövlətlərinin COP29-a münasibətinin bəzi yolverilməz nüanslarını ifşa edib. Xüsusilə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qərar çıxandan sonra aparılan qaralama kompaniyası da əsassızlığını sübut edən arqumentlər bütün dünya üçün maraqlıdır. Doğurdan da bu gün Azərbaycan dünyanın karbon emissiyalarının demək olar ki, çox cüzi hissəsinə sahibdir. Yəni iqlim dəyişmələri üçün məsuliyyət daşıyan və müstəsna dərəcədə artan karbon emissiyası ilə məşğul olan ölkələrin Azərbaycan kimi ölkələri qaralaması ədalətsizlikdir.
Prezidentin çıxışına diqqət yetirdikdə bir daha əmin olursan ki, dünyanın başı üstünü almış bu təhlükənin qarşısının alınmasında daha az imkanlara malik olan Azərbaycan nə qədər inadkar və mütərəqqi şəkildə fəaliyyət göstərir. Əksinə, dünyanın iqlim dəyişmələri üçün daha böyük məsuliyyət daşıyan ölkələr yaxalarını nə dərəcədə kənara çəkməklə məşğuldurlar. Ona görə də iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə Azərbaycanın nə qədər mütərəqqi mövqedə olduğunu Prezidentin bu çıxışından bir daha görmək mümkündür.
Xüsusilə tam əminliklə demək olar ki, hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün qeyd edək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib və bu, kifayət qədər böyük rəqəmdir. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla atmosfer yaradır, ekoloji mühitin yaxşılaşması, iqlim dəyişikliklərinə qarşı daha effektiv mübarizə üçün zəmin formalaşdırır.
Bu gün ən nüfuzlu beynəlxalq və regional siyasi analitiklər hesab edirlər ki, COP29 həmçinin Azərbaycanın müsbət ekoloji təşəbbüslərinin dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək. Son dövrlərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq. Azərbaycan hazırda neft-qaz ölkəsi kimi tanınsa da, xarici dövlətlərin başçılarının, şirkət rəhbərlərinin iştirak etdiyi tədbir əyani şəkildə göstərir ki, ölkəmizdə yaşıl enerji ilə bağlı görülən işlər, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli də hazırda bizim üçün prioritet məsələlərdən biridir.

Zərifə Quliyeva
YAP Veteranlar Şurasının üzvü

Siyasət 13:24

COP29 - etibar və nüfuzun göstəricisi! ŞƏRH

Siyasət 13:22

Zəfər milli qürurumuzun və birliyimizin zirvəsi oldu ŞƏRH

Siyasət 13:11

Parlaq Qələbəmizə böyük ehtiramın ifadəsi

Siyasət 13:10

Regionda “yaşıl enerji”nin inkişafı: Azərbaycanın investisiyalarda artan rolu

Siyasət 13:08

COP29: Qlobal iqlim səylərinə və əməkdaşlığa çağırış

Siyasət 13:06

COP29: Davamlı gələcək üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas məqsədlərdən biridir

Siyasət 12:56

Kamran Əliyev nümayəndə heyəti ilə görüşüb

Siyasət 12:55

Braziliya Xarici Əlaqələr Nazirliyinin müşaviri Nizami Muzeyində qonaq olub

Siyasət 12:54

Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 41-ci ildönümü münasibətilə bayram tədbirləri keçirilib

Xəbərlər 12:47

"İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir" - TƏNZİLƏ NARBAYEVA
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri