Icma.az
close
up
RU
COP29 İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb

COP29 İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirdi. İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu dedi. Zimbabve Prezidentinin Azərbaycana səfərinin ikitərəfli gündəliyimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Emmerson Dambudzo Mnanqaqva dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə etdi.O, İlham Əliyevə Prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı və bu qələbəni xalqın dövlətimizin başçısına göstərdiyi etimad kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu bildirildi, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsinin vacibliyi vurğulandı, iqtisadi aspektin də əməkdaşlığın inkişafında oynaya biləcəyi rol qeyd edildi. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırıldı.
İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin təsirinə məruz qaldıqları qeyd olundu və bu sahədə, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunuldu. Söhbət zamanı kənd təsərrüfatı, təhsil və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmi bildirildi.

AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri