Icma.az
close
up
RU
COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 konfransında iştirak etmək üçün ölkəmizə səfər edən nümayəndə heyətləri, eləcə də yerli iştirakçılar üçün sərnişindaşıma xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə “Bolt” və “Yango” taksi şirkətlərinin mobil tətbiqlərində “COP29” kateqoriyası yaradılıb.

Modern.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.

COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a qatılacaq on minlərlə iştirakçının tədbir məkanları arasında rahat gediş-gəlişini təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə tədbir iştirakçıları xüsusi marşrut üzrə hərəkət edəcək avtobuslarla yanaşı, “Bolt” və “Yango” kimi şirkətlərin mobil tətbiqlərindən də rahatlıqla istifadə edə biləcəklər. Bunun üçün adıçəkilən taksi şirkətlərinin mobil tətbiqlərinin sifariş menyularına “COP29” kateqoriyası daxil edilib. Bu funksiya sadəcə sifariş prosesini asanlaşdırmır, eyni zamanda sifarişçiləri ən yaxın taksi dayanacağına yönləndirir. Prosesin təhlükəsizliyini nəzərə alaraq, sözügedən taksi şirkətləri tərəfindən bu kateqoriya üzrə xüsusi avtomobillər ayrılıb və müvafiq stikerlərlə fərqləndirilib.
Bununla yanaşı, rəsmi COP29 tərəfdaşı olan “Baku Taxi” şirkəti də konfrans iştirakçılarına öz xidmətlərini təklif edir. Bu şirkətə məxsus taksilər Heydər Əliyev Beynəlxalq Aeroportundakı “Terminal-1” və Bakı Stadionunun müvafiq ərazilərində xidmət göstərəcəklər. Qeyd edək ki, “Baku Taxi”nin xidmətləri konfransda iştirak üçün akkreditasiyadan keçmiş və ya iştiraka dair təsdiq məktubu almış təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see191

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see173

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see157

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see147

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see134

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see133

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see129

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see128

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see128

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see127

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see126

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see125

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see124

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see123

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see121

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see121

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see120

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see116

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see115

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri