Icma.az
close
up
RU
COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir

COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 oktyabr, AZƏRTAC

Artıq üç gündür davam edən Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) kifayət qədər maraqlı və məhsuldar müzakirələrlə yadda qalır. Həftə ərzində ümumilikdə 46 sessiya nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən üçüncü günün yekun panelində deyib.

Muxtar Babayev qeyd edib ki, həftə çərçivəsində dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilib: “Məqsədimiz o idi ki, bu platforma açıq olsun, dialoq formasında keçsin. Həftə ərzində ümumilikdə 46 sessiya nəzərdə tutulub. Buraya panel müzakirələri, şəhərin müxtəlif mərkəzlərində keçirilən tədbirlər, dəyirmi masalar, gənclərin xüsusi proqramı daxildir.”

Muxtar Babayev qeyd edib ki, artıq üç gün ərzində iqlim dəyişiklikləri ilə mübarizə mövzusu müxtəlif sektorlarla geniş müzakirə olunub: “Biz həm yaşıl iqtisadiyyata keçid və yaşıl bacarıqlar, həm də enerji sektorunun bu istiqamətdəki fəaliyyəti barədə danışdıq. Bu gün isə dayanıqlı kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qadınların rolu mövzularını müzakirə edirik. İqlim dəyişmələrinin təsirini qadınlar daha çox hiss edirlər və bunu statistika da təsdiqləyir.”

Muxtar Babayev vurğulayıb ki, heç bir mövzu diqqətdən kənarda qalmır və hər sahə üzrə dərin müzakirələr aparılır: “Dəyirmi masalarda dövlət qurumları ilə özəl sektorun nümayəndələri bir araya gətirilir, çağırışlar və imkanlar müzakirə olunur. Biz açıq platforma formalaşdırırıq ki, maraqlı tərəflər bir araya gəlib yaşıl iqtisadiyyata keçid mövzusunda dialoq aparsınlar.”

COP29 Prezidenti özəl sektorun rolunu xüsusi qeyd edərək deyib: “Çünki məhz özəl sektor texnologiyalarla, innovativ həll yolları ilə çıxış edir. Onlar üçün uyğun ekosistem yaradılmalıdır. Biz süni intellektin həyatımızın bütün sahələrinə təsir etdiyi bir dövrdə yaşayırıq. Bu şəraitdə iqlim dəyişmələri kontekstində texnologiyalardan necə istifadə edəcəyimiz əsas müzakirə mövzusudur.”

Muxtar Babayev əlavə edib ki, tədbir çərçivəsində bəyanatların imzalanması, tərəfdaşlıqların qurulması və gələcək əməkdaşlıqlar xüsusi əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see6396

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see259

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see245

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see224

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see194

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see166

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see154

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see152

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see151

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see137

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see133

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see128

Laporta Messinin kluba qayıda biləcəyini açıqladı

14 Noyabr 2025 20:23see124

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see123

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see122

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri