Icma.az
close
up
RU
COP29 sayəsində iqlim böhranına qarşı ölkələrin mübarizə imkanları yenidən səfərbər edilir TƏHLİL AZƏRTAC

COP29 sayəsində iqlim böhranına qarşı ölkələrin mübarizə imkanları yenidən səfərbər edilir TƏHLİL AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bəşəriyyətin iqlim dəyişmələrinə qarşı mübarizəsində dönüş nöqtəsi hesab edilir. AZƏRTAC Media Təhlil Mərkəzinin (MTM) Analitik Qrupunun mövzu ilə bağlı hazırladığı məqaləsini təqdim edir.

Yazıda bildirilir ki, məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən, özü də daha güclü bir şəkildə səfərbər edilir. Burada ən mühüm məqamlardan biri də odur ki, iqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcək. Bu, COP29-un ədalət prinsipinin gözlənilməsi baxımından da tarixi nailiyyətinin təzahürü oldu. Qeyd edilməlidir ki, zəngin ölkələr COP29-un yekununda qəbul edilən Bakı Maliyyə Məqsədi adlı qərara müvafiq olaraq, iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürüblər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. COP29-a qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli şərtlərlə verilmirdi. COP29-da tamam yeni nəticələr əldə olundu, ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində əldə olunmuş rekord məbləğdir. Ayrılan vəsait artıq qlobal miqyasda yaşıl enerjiyə keçid prosesini sürətləndirəcək, ətraf mühitin çirkləndirilməsi prosesinin templərini aşağı salacaq. Təsadüfi deyil ki, iqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra Bakıda qəbul edilən qərardan sonra iqlim maliyyəsində yeni eranın başladığını bildirib. O qeyd edib ki, yeni məqsədlər iddialı, lakin, eyni zamanda, realdır.

COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu. Sözügedən Fond artıq gələn ildən fəaliyyətə başlayacaq və bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək. Artıq faktdır ki, iqlim dəyişmələrinin nəticələri kiçik ada dövlətləri üçün ölüm-dirim həddinə çatıb. Bu səbəbdən onlara problemin öhdəsindən gəlmək üçün müvafiq köməkliklərin, o cümlədən maliyyə yardımının göstərilməsi müstəsna önəmə malikdir. Xüsusi qeyd edilməlidir ki, kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı olaraq üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq fəaliyyətin həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmişdi. Azərbaycanın xüsusi səyləri nəticəsində İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaq. Söhbət burada yüz milyonlarla dollardan gedir. İtki və Zərər Fonduna donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

COP29 çərçivəsində əldə olunan möhtəşəm uğurlardan biri də Paris İqlim Sazişində yer alan 6-cı maddə üzrə on il davam edən danışıqların yekunlaşması oldu. Xatırlatmaq lazım gəlir ki, Qlazqoda, Şarm əl-Şeyxdə və Dubayda keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də, 6-cı maddənin yekun əsas elementləri həll edilməmiş qalırdı. Amma Azərbaycanın səyləri nəticəsində onillik bir problem çözüldü. 6-cı maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq münasibətində olan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir. Məhz bunun nəticəsində karbon bazarlarından maliyyə axınlarının qarşıdakı 25 il ərzində ildə 1 trilyon ABŞ dollarına çatması gözlənilir.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev mövzu ilə bağlı bildirib: “6-cı maddənin təsiri bizim gündəlik həyatımızda aydın olacaq. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması deməkdir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir”.

Bundan başqa, COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü, COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi, enerji üzrə öhdəliklər və bəyanatlar, həmçinin digər razılıqlar dünya ölkələrinin ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcək. Elə bu səbəbdən COP29-un yekunları dünyada yüksək qiymətləndirilir, Azərbaycanın liderliyi ilə iqlim böhranına qarşı mübarizədə yeni bir mərhələnin başlanmasına əlverişli zəmin yaradır. Bu xüsusda Prezident İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında qeyd edir: “Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”.

COP29-da əldə olunan nəticələr BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, bəşəriyyətin bundan sonra quracağı gələcəyin təməlini qoyub. Tədbirə uğurla ev sahibliyi edən, təşkilati işləri mükəmməl səviyyədə reallaşdıran Azərbaycan COP29 fonunda dünyaya həm də onu nümayiş etdirdi ki, bu gün qlobal miqyasda tendensiyaları müəyyən edən ölkələr sırasındadır. Fransa və bir sıra digər qüvvələr tərəfindən Azərbaycanı gözdən salmağa yönəlmiş genişmiqyaslı cəhdlərin iflasa uğraması da bu mənada tamamilə təbii xarakterə malik oldu. Dünya qəbul edir ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti indi getdikcə artır, bu, artıq heç kimin etiraz və ya təkzib edə bilməyəcəyi bir həqiqətdir. Azərbaycan indi qlobal gündəmi formalaşdırmağı bacaran ölkələrdən biridir. COP29-da Azərbaycanın liderliyi ilə qəbul olunan qərarlar isə bəşər sivilizasiyanın üzləşdiyi ən aktual təhdidlərin dəf edilməsi baxımından qarşıdakı onilliklərdə qlobal proseslərin gedişatını müəyyən edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri